Elektrik ustası (Qubadlı rayonu)

  • Истекает 11 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Sxem və göstərişləri oxumaq, elektrik təhlükəsizliyi üzrə  təlimatlara riayət etmək;
  • Tələblərə uyğun olaraq mürəkkəb olmayan elektrik xətləri, avadanlıqları, şəbəkə açarlarını yerləşdirmək və quraşdırmaq;
  • Təhlükəni və nasazlıqları aşkar edərək texniki nəzarətə və təmirə ehtiyacın olub-olmadığını müəyyən etmək üçün sistemləri və elektrik hissələrini yoxlamaq;
  • Ommetr, voltmetr və ossilloskop kimi ölçü cihazlarından istifadə etməklə naqillərdə, avadanlıqlarda və şəbəkə açarlarında elektrik dövriyyəsini yoxlamaq məqsədilə test prosedurlarını yerinə yetirmək;
  • İstifadə üzrə təlimatlar, eləcə də müvafiq əl alətləri və dəzgahlardan istifadə etməklə naqilləri, avadanlıqları və şəbəkə açarlarını hazırlamaq və quraşdırmaq;
  • Elektrik sxemində qeyd olunan zəruri düzəlişlərə əsasən naqil və avadanlıqları hazırlamaq və quraşdırmaq;
  • Təhlükəsizlik və nəzarət qurğularını quraşdırmaq;
  • Texniki göstəricilərə əsasən naqillər, sistem elementləri və dəzgahların elektrik xətlərini  quraşdırmaq;
  • Funksional düzəlişlər etmək məqsədilə elektrik xətlərini yeniləmək;
  • Göstərilən normalara əsasən sınaq və ölçmə avadanlıqlarından istifadə etməklə nasazlıqları və nöqsanları müəyyənləşdirmək;
  • Prototip və elektrik sistemlərini birləşdirmək;
  • Nasaz elektrik hissələrini çıxarır  və təmir aparatı;yaxud yenisi ilə əvəz etmək;
  • Elektrik xəttləri və avadanlıqlarını təchizat mənbələrinə qoşmaq;
  • Kabel və avadanlıqları izolyasiya etmək;
  • Qurğulara təhlükəsizlik üzrə xəbərdarlıq və fərqləndirici nişanlar vurmaq;
  • Tikinti və quraşdırma işləri gedən ictimai yerlərdə xəbərdarlıq nişanları yerləşdirmək;
  • Elektrik montyoruna dair sadə işıqlandırma sistemini və ya onun xüsusi hissələrini quraşdırmaq;
  • Rəhbərlik tərəfindən verilən vəzifə funksiyasına müvafiq tapşırıqları yerinə yetirmək;
  • İşdən azad edilən zaman icra etdiyi işlərin son hesabatlarını son iş gününə qədər işləyib hazırlayaraq təhvil-təslim etməli;

İş qrafiki və qeydlər:

  • 6 günlük iş qrafiki
  • İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)

Tələblər:

  • Təhsil: Orta
  • İş stajı: Elektrik  ustası kimi azı 3 il təcrübə
  • Elektrik sahəsi üzrə müvafiq sertifikat mütləqdir.
  • Əmək haqqı: 1400-1500 AZN 

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Elektrik ustası” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.

  • Daily73
  • Weekly509
  • Monthly1080