İlməkçi (Hövsan layihəsi)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İlməkçi (Hövsan layihəsi)

  • Истекает 15 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: “AMAL GROUP”MMC (Hövsan layihəsi)

Vəzifə öhdəlikləri:

  • Qaldırılacaq yüklərin (beton məmulatları, metal konstruksiyalar, avadanlıqlar və s.) düzgün ilmələnməsini təmin etmək
  • Yüklərin çəkisini, ölçüsünü və balansını nəzərə alaraq uyğun ilmə vasitələrini (kanat, tros, zəncir, kəmər və s.) seçmək
  • Yüklərin kran və digər qaldırıcı mexanizmlərlə təhlükəsiz şəkildə qaldırılmasına nəzarət etmək
  • Qaldırma zamanı yükün sürüşməsinin, aşmasının və düşməsinin qarşısını almaq
  • İlmə vasitələrinin texniki vəziyyətini yoxlamaq, aşkar edilən nasazlıqlar barədə rəhbərliyə məlumat vermək
  • Krançı ilə əl işarələri və ya rabitə vasitələri ilə dəqiq əlaqə saxlamaq
  • Qaldırma və daşınma prosesində təhlükəsizlik zonalarının qorunmasını təmin etmək
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək
  • Fövqəladə hallarda operativ və təhlükəsiz reaksiya vermək
  • Tikinti sahəsində daxili nizam-intizam və əmək intizamı qaydalarına riayət etmək

Tələblər:

  • İlməkçi kimi işləmək üçün müvafiq sertifikat və ya ixtisas vəsiqəsi MÜTLƏQDİR
  • İş stajı: Mvafiq sahə üzrə minimum 3 il
  • Krançı ilə əl işarələri və rabitə vasitələri vasitəsilə işləmək bacarığı
  • Diqqətli, məsuliyyətli və intizamlı olmaq
  • Komanda ilə işləmək və rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək bacarığı

İş şəraiti

  • İş qrafiki: həftədə 6 gün iş, bazar istirahət
  • Əməkhaqqı: 600-700 AZN
  • İş yeri: Hövsan

Göstərilən tələblərə uyğun namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “İlməkçi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

  • Daily106
  • Weekly599
  • Monthly1386