Mexanika mühəndisi (Qubadlı rayonu)

  • Истекает 13 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Mexaniki sistemlərin (nasoslar, ventilyatorlar, kompressorlar, boru xətləri və s.) layihələndirilməsini təmin etmək.
  • Mövcud mexaniki avadanlıqların texniki vəziyyətini qiymətləndirmək və təmir planlarını hazırlamaq.
  • Yeni avadanlıqların quraşdırılmasına, sazlanmasına və istismara verilməsinə nəzarət etmək.
  • Texniki cizgilərin, hesabatların və texniki sənədlərin hazırlanmasını təmin etmək.
  • Nasazlıqların səbəblərini təhlil etmək və onların aradan qaldırılması üçün tədbirlər görmək.
  • Mexaniki sistemlərin enerji səmərəliliyini artırmaq üçün təkliflər hazırlamaq.
  • Təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət etmək.
  • Podratçılar, təchizatçılar və texniki nəzarət orqanları ilə əməkdaşlıq etmək.
  • Gündəlik texniki hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Avadanlıqların texniki baxış, kalibrasiya və planlı təmir işlərinin vaxtında icrasını təmin etmək.
  • Ehtiyat hissələrinin siyahısını hazırlamaq, onların vaxtında sifarişi və dəyişdirilməsini təmin etmək.
  • Yeni texnologiyaların tətbiqi üzrə təkliflər hazırlamaq və texniki yenilikləri izləmək.
  • İstehsalat və texniki proseslərdə yaranan mexaniki problemlərin diaqnostikasını aparmaq.
  • Texniki təhlükəsizlik üzrə təlimlərdə və daxili yoxlamalarda iştirak etmək.
  • Layihə və texniki sənədlərin tərtibində, ekspertizasında və təsdiqində iştirak etmək.
  • Mexaniki sistemlərin iş rejimlərini optimallaşdırmaq və səmərəliliyi artırmaq üçün ölçmələr aparmaq.
  • İstifadə olunan avadanlıqların istismar müddətinə nəzarət etmək və modernizasiya təklifləri vermək.
  • Texniki şöbənin fəaliyyətinə dair aylıq və illik hesabatların hazırlanmasında iştirak etmək.

İş şəraiti

  • Əmək haqqı: 2200-2500 AZN 
  • İş qrafiki - 6 günlük 
  • İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)

Tələblər:

  • Təhsil: Ali (Mexanika mühəndisi sahəsi üzrə)
  • İş stajı: Mexanika mühəndisi kimi 3-5 il arası təcrübə
  • AutoCad proqramı bilməsi mütləqdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Mexanika mühəndisi(Qubadlı) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily4
  • Weekly307
  • Monthly1113