Vəzifə öhdəlikləri:
- Təşkilatın perspektiv inkişaf planlarının yenidən qurulmasının və modernləşdirilməsinin işləmələrinə, təbii ehtiyatların qənaətlə istfadəsi və daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması və tikinti-istehsal mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərə başçılıq etmək;
- Tələb olunan avadanlıqları, toplanmalı olan nümunələri və sınaq test metodlarını müəyyən etmək məqsədi ilə texniki tapşırığın nəzərdən keçirilməsinə rəhbərlik etmək;
- Ərazi, nümunələr, sınaq test metodları və istifadə edilən avadanlıqlar ilə bağlı olan təhlükələrin müəyyən edilməsini təmin etmək;
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunun yoxlanılmasını təmin etmək;
- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə rəhbərlik etmək;
- Layihə dizaynı ilə bağlı texniki göstəriciləri müəyyən etmək məqsədi ilə materialların sertifikatlaşdırılmasının təmin edilməsində iştirak etmək;
- Yük və dərəcə tələblərini, su axını səviyyəsini və materialın stres amilinin hesablamasını təmin etmək;
- Avadanlıqları quraşdırmaq və tikintini idarə etmək məqsədi ilə istinad nöqtələrinin, dərəcələrinin və qalxmalarının təyin edilməsinə rəhbərlik etmək;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına rəhbərlik etmək;
- Birbaşa rəhbərinin nəzarəti altında problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə etmək;
- İnsan resursları planına uyğun olaraq tabelikdə olan işçi heyətinə rəhbərlik etmək;
- Tədbirlərin keyfiyyətini və əldə edilən nəticələri monitorinq etmək, eləcə də dizayn şərtlərinə, təhlükəsizlik və sanitar standartlara uyğunluğu təmin etmək üçün layihənin həyata keçirildiyi ərazinin yoxlanılmasında iştirak etmək;
- Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək prosesində iştirak etmək;
- Özül, beton, asfaltın və ya poladın uyğunluğu və möhkəmliyini müəyyən etmək məqsədi ilə materialların üzərində müntəzəm sınaqlar aparılmasında iştirak etmək;
- Mövcud standartlara əsasən keyfiyyətə təminat vermə prosesində iştirak etmək;
- Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərini həyata keçirir;
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) üzrə qanunvericilik tələblərini layihə ilə bağlı risklərin idarə edilməsi strategiyasına daxil etmək;
- Müvafiq hüquqi və normativ standartları mütəmadi olaraq öyrənir, nəzərdən keçirir və onlara riayət etmək;
- Layihənin texniki şərtlərə cavab verməsini təmin etmək məqsədi ilə gözlənilməz halların və problemlərin həll edilməsində iştirak etmək;
- Tender təklifləri, tədbirlər, ətraf mühitə təsirlərin bəyan edilməsi, mülkiyyət və keçid yollarının təsviri kimi daxili və ictimai hesabatlar hazırlayır və təqdim etmək;
- Bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
- İstehsalatda əməyin təhlükəsizlik standartlarının hazırlanması və tətbiqi üzrə, həmçinin iş yerlərinin və texnoloji proseslərin attestasiyası üzrə işlərdə iştirak etmək;
- Podratçı təşkilatlar tərəfindən görülən işlərə nəzarət etmək;
- Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlamaq;
- Rəhbərlik tərəfindən verilən vəzifə funksiyasına müvafiq tapşırıqları yerinə yetirmək;
İş qrafiki və qeydlər:
- 6 günlük iş qrafiki
- İş yerinin ünvanı: Şirvan (Yaşayış yeri şirkət tərəfindən təmin ediləcək)
Tələblər:
- Təhsil: Ali (İnşaat mühəndisliyi üzrə)
- İş stajı: Sahə rəisi kimi 5-10 il arası təcrübə
- Yaş həddi: 30-50
- AutoCad proqramı bilməsi mütləqdir.
Əmək haqqı: Razılaşma yolu ilə (rəqabətə davamlı əmək haqqı)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Sahə rəisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.