Vəzifə öhdəlikləri:
- Tikinti layihələri üzrə lokal, obyekt və icmal smetaların hazırlanması
- Layihə-smeta sənədlərinin (çertyojlar, spesifikasiyalar, texniki tapşırıqlar) təhlili
- Layihələr üzrə iş həcmlərinin hesablanması və BOQ-ların tərtib edilməsi
- Material, işçi qüvvəsi və mexanizmlər üzrə qiymət hesablamalarının aparılması
- Dövlət və sahə üzrə mövcud smeta normativlərinə uyğun hesablamaların aparılması
- Smetaya dair dəyişikliklərin hazırlanması və əsaslandırılması
- Podratçı və subpodratçılardan daxil olan smetaların yoxlanılması və müqayisəsi
- Faktiki yerinə yetirilmiş işlər üzrə icra smetalarının hazırlanması
- Aylıq icra aktlarının (Forma 2, Forma 3 və s.) hazırlanmasında iştirak
- Layihə büdcəsinə nəzarət və xərc kənarlaşmalarının təhlili
- Tender sənədlərinin maliyyə hissəsinin hazırlanmasında iştirak
- Texniki nəzarət, layihə və satınalma şöbələri ilə koordinasiyalı əməkdaşlıq
- Smeta sənədlərinin düzgün aparılması və arxivləşdirilməsi
- Rəhbərliyə layihələr üzrə maliyyə hesabatlarının təqdim edilməsi
- Qüsur aktlarının hazırlanması
- Yerinə yetirilmiş iş həcmlərinin F-2, F-3 aktlarının hazırlanması
- Texniki hesabatların,material hesabatlarının hazırlanması
- İş həcmlərinin mövcud bazar qiymətlərinə uyğun hazırlanması
Tələblər:
- Ali təhsil (mühəndislik, tikinti və ya müvafiq sahə üzrə)
- Tikinti sahəsində smeta üzrə minimum 2–3 il iş təcrübəsi
- Layihə və smeta sənədləri ilə işləmə bacarığı
- Tikinti materialları və bazar qiymətləri haqqında bilik
- Analitik düşünmə və hesablama bacarığı
- MS Office, AUTOCAD proqramlarında sərbəst işləmək bacarığı
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq
İş şəraiti:
- İş yeri: Caspian Plaza;
- İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük;
- Əmək haqqı: 1500-2000 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Smeta üzrə mühəndis (Tikinti sahəsi)” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.