Təchizat üzrə mütəxəssis (Tikinti sektoru)

  • Истекает 2 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Tikinti layihələri üzrə material və avadanlıqlara olan tələbatın müəyyən edilməsi
  • Texniki və istehsalat şöbələrindən daxil olan sifarişlərin qəbulu və təhlili
  • Təchizatçıların araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəsi
  • Təchizatçılarla danışıqların aparılması və kommersiya şərtlərinin razılaşdırılması
  • Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət
  • Materialların vaxtında və tələb olunan keyfiyyətdə sahəyə çatdırılmasının təmin edilməsi
  • Logistika və daşınma proseslərinin koordinasiyası
  • Gələn materialların texniki sənədlərə uyğunluğunun yoxlanılması
  • Təchizat üzrə sənədlərin (hesab-faktura, qaimə və s.) düzgün aparılmasına nəzarət
  • Təchizat xərclərinin optimallaşdırılması üzrə təkliflərin verilməsi
  • Aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Tələblər: 

  • Ali təhsil (logistika, iqtisadiyyat, mühəndislik və ya müvafiq sahə üzrə üstünlükdür)
  • Tikinti sahəsində təchizat və ya satınalma üzrə minimum 3 il iş təcrübəsi
  • Yerli tikinti materialları bazarını tanımaq
  • Danışıqlar aparmaq və analitik düşünmə bacarığı
  • MS Office,1C proqramlarında sərbəst işləmək bacarığı
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;

İş şəraiti: 

  • İş yeri: Caspian Plaza;
  • İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük; 
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun müəyyən olunacaq

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təchizat və logistika (Tikinti sahəsi)” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily11
  • Weekly11
  • Monthly698