Vəzifə öhdəlikləri:
- Tender qanunvericiliyini və prosedurlarını bilmək
- Dövlət və özəl sektor üzrə satınalma qaydalarına hakim olmaq
- Tender sənədlərinin hazırlanması və idarə olunması
- Texniki və kommersiya təkliflərinin, maliyyə sənədlərinin hazırlanması
- Sənədlərin düzgün və vaxtında təqdim edilməsi
- Tender şərtlərinin təhlili, risk və imkanların qiymətləndirilməsi
- Tender platformaları, Excel və digər ofis proqamları ilə işləmək bacarığı
Tələblər:
- Ali təhsil (logistika, iqtisadiyyat, mühəndislik və ya müvafiq sahə üzrə üstünlükdür)
- Tender/satınalma sahəsində minimum 3 il iş təcrübəsi
- Danışıqlar aparmaq və analitik düşünmə bacarığı
- Məsuliyyətli, dürüst, operativ və nəticəyönümlü olmaq;
İş şəraiti:
- İş yeri: Caspian Plaza;
- İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük;
- Əmək haqqı: 1200 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Tender üzrə aparıcı mütəxəssis (Tikinti sahəsi)” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.