Tikinti Departamentinin Müdiri

  • Истекает 12 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifənin məqsədi

Tikinti Departamentinin Müdiri şirkətin həyata keçirdiyi tikinti layihələrinin planlaşdırılması, icrası və nəzarətinin təmin edilməsinə cavabdehdir. Bu vəzifə layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət standartlarına uyğun şəkildə tamamlanmasını təmin edir və tikinti prosesinin effektiv idarə olunmasına rəhbərlik edir.

Əsas vəzifə öhdəlikləri

Layihələrin planlaşdırılması və istehsalatın idarə olunması

  • Tikinti layihələri üzrə istehsalat proqramlarının hazırlanmasını təşkil edir.
  • Layihələr üzrə kalendar qrafiklərinin (Primavera P6 və ya MS Project) hazırlanmasına və icrasına nəzarət edir.
  • Layihələrin icra prosesində yaranan gecikmələrin analizini aparır və korrektiv tədbirlər planı hazırlayır.
  • Layihələrin irəliləyişinə dair həftəlik və aylıq hesabatlar hazırlayır.

Tikinti prosesinə nəzarət

  • Tikinti işlərinin layihə sənədlərinə və texniki standartlara uyğun icra olunmasına nəzarət edir.
  • Tikinti işlərinin kalendar plan üzrə icra ritminin təmin edilməsini təşkil edir.
  • Tikinti prosesində baş verən problemlərin operativ həllinə rəhbərlik edir.

Podratçı və subpodratçıların idarə olunması

  • Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya edir.
  • Subpodratçıların müqavilə şərtlərinə uyğun fəaliyyətinə nəzarət edir.
  • Görülmüş işlərin aktlaşdırılması və iş həcmlərinin təsdiqi prosesinə nəzarət edir.

Resurs və təchizatın idarə olunması

  • Tikinti sahələrinin material, texnika və işçi qüvvəsi ilə təmin olunmasına nəzarət edir.
  • Sahələrdən daxil olan material sifarişlərinin vaxtında təmin edilməsini koordinasiya edir.
  • Material istifadəsinin optimallaşdırılmasını təmin edir.

Büdcə və xərc nəzarəti

  • Layihələrin büdcəsinə nəzarət edir.
  • Xərclərin planlaşdırılmış büdcə çərçivəsində qalmasını təmin edir.
  • Layihələr üzrə maliyyə monitorinqi və cost control aparır.

Keyfiyyət və təhlükəsizlik

  • Tikinti işlərinin milli və beynəlxalq tikinti standartlarına uyğun aparılmasını təmin edir.
  • Tikinti sahələrində əmək təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət edir.

Hesabatlıq və sənədləşmə

  • Layihələr üzrə gündəlik, aylıq və illik hesabatlar hazırlayır.
  • Tikinti prosesinə dair sənədlərin düzgün arxivləşdirilməsini təmin edir.
  • Tamamlanmamış işlərin inventarlaşdırılmasını təşkil edir.

Departamentin idarə olunması

  • Tikinti departamentinin əməkdaşlarının fəaliyyətini koordinasiya edir.
  • Komanda üzvlərinin iş bölgüsünü təşkil edir.
  • Departament daxilində iş proseslərinin effektivliyini artırmaq üçün tədbirlər həyata keçirir.

Namizədə tələblər

  • Ali təhsil (Tikinti mühəndisliyi və ya müvafiq sahə üzrə)
  • Tikinti sahəsində minimum 7 il iş təcrübəsi
  • MS Excel və MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Texniki çertyojları və layihə sənədlərini oxuma bacarığı
  • Analitik düşünmə və problem həll etmə bacarığı
  • Vaxtın effektiv idarə olunması bacarığı
  • Liderlik və komanda idarəetmə bacarığı

 

Layihə planlaşdırma proqramları üzrə bilik:

  • Primavera P6
  • MS Project

FIDIC üzrə biliklər

Namizəd aşağıdakı sahələr üzrə biliklərə malik olmalıdır:

  • FIDIC müqavilə standartları (Red Book, Yellow Book, Silver Book) üzrə ümumi bilik
  • FIDIC müqavilələrində risk bölgüsü prinsipləri
  • Variation, Claim və Extension of Time (EOT) prosesləri üzrə anlayış
  • Engineer, Employer və Contractor rolları və məsuliyyət bölgüsü
  • FIDIC müqavilələrində ödəniş və sertifikatlaşdırma prosedurları

İş şəraiti

  • İş yeri: Caspian Plaza
  • İş qrafiki: 09:00 – 18:00 (5 günlük)
  • Layihələrin gedişatına nəzarət məqsədilə sahələrə səfərlər tələb oluna bilər
  • Əmək haqqı: müsahibə əsasında müəyyən edilir

Müraciət qaydası

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Tikinti Departamentinin Müdiri" qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly528
  • Monthly1099