Vəzifə və öhdəliklər:
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsinin təmin edilməsi;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
- Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması
- Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
- Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi;
- Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı);
- Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını və onların anbarda yerləşdirilməsini, qeydə alınması, aparılmasını təşkil edir;
- Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət;
- Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
- Vəzifəsinin icrası ilə əlaqədar rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- İnşaat, mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
- Azərbaycan dili səlis, rus və ingilis dilləri arzuolunandır;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- MS Office (Word, Excell) Archicad, Autocad proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Layihənin iqtisadi göstəricilərinə və istifadə olunan resurslara nəzarət.
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
İş şəraiti
- İş qrafiki: Həftədə 2 gün istirahət.
- Əmək Haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “İnşaat mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Əlaqə üçün: 010-225-30-89