Vəzifə və öhdəliklər:
- Qaynağın istehsal və montaj mərhələlərində texniki nəzarət və auditlərin aparılması təcrübəsi;
- Qaynaq prosesləri üzrə praktiki biliklər: TIG (141) və SMAW (111);
Müxtəlif metallarla iş təcrübəsi:
- karbon poladlar;
- aşağı ərintili xrom-molibden poladlar;
- austenitik paslanmaz poladlar;
- yüksək ərintili istilik- və korroziyaya davamlı poladlar;
Namizəd PWHT (Post Weld Heat Treatment – qaynaqdan sonrakı istilik emalı) prosesinin məqsədini, mərhələlərini və tətbiq qaydalarını bilməli, həmçinin texnoloji qrafikləri oxumaq və təhlil etmək bacarığına malik olmalıdır;
- Welding Audit aparmaq və ISO 3834, QA/QC tələblərinə uyğunluğu qiymətləndirmək bacarığı;
- Vizual yoxlama (VT) və NDT (MT / PT / RT / UT) fəaliyyətlərini əlaqələndirmək və sənədləşdirmək;
- Weld Map, ITP, Welding Summary, NDT Log, NCR Register və digər texniki sənədlərin dəqiq aparılması;
- Gündəlik (Daily) və Həftəlik (Weekly) hesabatların hazırlanması və QA/QC şöbəsinə təqdim edilməsi;
- Fit-up, root pass, fill və cap pass mərhələlərində, həmçinin Golden Weld, Hydrotest və Təhvil-Təslim yoxlamalarında iştirak etmək.
Tələblər:
- Minimum 5 il iş təcrübəsi – qaynaq nəzarəti və keyfiyyətə nəzarət sahəsində (neft-qaz və ya neft-kimya sənayesində);
- Etibarlı beynəlxalq sertifikat CSWIP 3.1
- Əlavə olaraq ASNT SNT-TC-1A Level II (MT, PT, RT) sertifikasiyasına malik olmaq üstünlük sayılır;
Namizəd aşağıdakı beynəlxalq standartlarla tanış olmalı və onlara uyğun şəkildə işləmə bacarığına malik olmalıdır:
- ASME Section IX – qaynaq prosedurlarının və işçi heyətinin ixtisaslaşdırılması;
- ASME B31.3 – texnoloji boru xətləri (Process Piping);
- API 650 / API 620 – neft və neft məhsullarının saxlanması üçün çənlərin qaynağı və yoxlanılması;
- AWS D1.1 – polad konstruksiyaların qaynaq qaydaları (Structural Welding Code – Steel);
- EN ISO 5817, ISO 3834, EN 1090-2, ISO 14731 – qaynaq keyfiyyəti, istehsal və koordinasiya tələbləri.
- İzometrik, montaj və qaynaq çertyojlarını oxumaq və şərh etmək bacarığı;
- WPS, PQR, WQT sənədlərinin yoxlanılması və təsdiqlənməsi, həmçinin QA/QC tələblərinə uyğun sənədləşmənin aparılması bacarığı;
Ofis proqramları ilə işləmə bacarığı – Microsoft Word və Excel;
Dil bilikləri
- Azərbaycan dili- sərbəst işləmə bacarığı (ingilis dili üstünlük sayılır).
İş şəraiti: Həftədə 2 gün istirahət.
Əmək Haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Qaynaq üzrə müfəttiş (CSWIP 3.1)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.