Vəzifə və öhdəliklər:
- Obyektin layihələndirmə tələblərini bilmək
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi
- Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
- Sahələrdən gələn texniki hesabatların yoxlanması
- Layihədəki büdcə risklərin analizi
- Mal-material və ya ehtiyac olunan avadanlıqların hesabatının aparılması
- Tikinti zamanı hazırlanan akt və jurnalların aidiyyəti üzrə təmin edilməsi
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək
- Layihə-smeta sənədlərinin aidiyyatı üzrə dövlət qurumlarından müvafiq razılaşdırmaların və rəylərin alınmasında iştirak etmək həmçinin prosesə uyğun iş tamamlananadək işləməsinə nəzarət etmək və təsdiq olunması üçün hazırlamaq
- İdarənin özünün tikintiləri üçün, podrat təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək; Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması
- Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək
Tələblər:
- Təhsil: İnşaat mühəndisliyi üzrə ali təhsil
- AzərTikintiNormativləri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma ,Tikinti qanunvericiliyi və tikinti Normaları və Qaydaları dair biliklərin olması
Azərbaycan Respublikası Tikinti norma və qaydalarına dair biliklərin olması - Layihə çertyojləri və texniki spesifikasiyalar əsasında yerinə yetiriləcək işlərin həcmini düzgün təyin etmə bacarığı."
- Tikinti-quraşdırma işləri üçün vahid qiymətlərin və müvafiq smetalaşdırma normalarının hesablanması."
- Iş təcrübəsi: Aidiyyati sahədə azı 10 il iş təcrübəsi, mülkü, sənaye, mühəndis-komunikassiya,körpü-yol,su-kanalizasiya işlərində təcrübəsi olan
- Yaş: 33-55
- Cins : Kişi
- Azərbaycan dili sərbəst, rus və ingilis dilləri arzu olunandır;
İş şəraiti
- İş qrafiki: Həftədə 2 gün istirahət.
- Əmək Haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Smeta üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Əlaqə üçün: 010-225-30-89