Təsvir
- Obyektdə fiziki mühafizəni təmin etmək, kənar müdaxilələrdən qorumaq
- Növbə zamanı qıfıl, damğa, siqnalizasiya, telefon, işıqlandırma və yanğın təhlükəsizliyi avadanlıqlarını yoxlamaq
- Müvafiq ərazidə hər hansı bir nasazlıq və ya pozuntu aşkar edilərsə, aidiyyəti üzrə rəhbərliyə məlumat vermək.
- Təlimatlara uyğun olaraq mühafizə məsələləri ilə bağlı Şirkətə məxsus ərazidə müntəzəm olaraq baxış keçirmək.
- Mühafizə kameralarının işinə nəzarət etmək.
- Təhlükəsizlik sistemləri (kameralar, siqnalizasiya və digər müşahidə vasitələri) üzrə monitorinq aparmaq və aşkar olunan uyğunsuzluqları vaxtında aidiyyəti üzrə məlumat vermək;
- Yanğın baş verdikdə həyəcan siqnalı vermək, müvafiq qurumları FHN və DİN-ə məlumat vermək.
- Şirkətə daxil olan şəxslərə ilkin ünsiyyət qurmaq, yardımçı olmaq, lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandıma işini görmək.
- Mühafizə qaydaları və standart prosedurlara uyğun olaraq obyekti təhvil almaq və təhvil vermək.
- Giriş-çıxış sahəsinin səliqəli və təmiz saxlanılmasına nəzarət etmək
Tələblər
- CCTV və ya monitorinq sahəsində təcrübə üstünlükdür
- Diqqətli, məsuliyyətli və analitik düşüncə qabiliyyəti;
- Məxfilik prinsiplərinə ciddi riayət etmək.
Gözlənilən davranışlar:
- Nizam-intizamlı;
- Stresə dözümlülük;
- Gülərüz və mehriban olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Səliqəli görünüm;
İş şəraiti
- İş rejimi: Növbəli iş qrafiki əsasında
- İş yeri: Ağ şəhər
- Əmək haqqı: Namizədin bacarıqlarına əsasən təyin olunacaqdır
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.