Əsas vəzifələr:
- Yanacaq, xammal, yarımfabrikat, hazır məhsul, meyvə-tərəvəz, hissələr, alətlər və digər əşyaların qəbulu, daşınması, anbara yerləşdirilməsi və mühafizəsinin təmin edilməsi.
- Müxtəlif malların növünə uyğun olaraq standartlara əsasən saxlanmasını təşkil etmək.
- Mal-materialların qəbulu, saxlanması, mühafizəsi, anbardan buraxılması və yararsız (zay) məhsulların uçotunun aparılması.
- Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq.
- Materialların saxlandığı yerə daşınması (əl ilə və ya mexanizmlərin – ştampellərin və s. – köməyi ilə), onların görünüşünə, keyfiyyətinə, təyinatına və digər əlamətlərinə görə çeşidlənməsi.
- Materialların və məhsulların xarab olmasının və itkilərin qarşısının alınması məqsədilə mühafizənin təşkili və təmin olunması.
Namizədə tələblər:
- Anbar işində iş təcrübəsi
- Yaxşı ünsiyyət və komandada işləmək bacarığı
- Kompüter bilikləri (MS Office)
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- 6 günlük iş rejimi
- Əmək haqqı 600 azn
- İş yeri Qusar rayonu, Ləgər Qışlaq kəndi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.