Vəzifə öhdəlikləri
- Loqistika Mərkəzinin fəaliyyətinin təşkilini həyata keçirilməsi: məhsulların yerləşdirilməsinin planlaşdırılması, saxlama proseslərinin koordinasiyası və optimallaşdırılması;
- Loqistika Mərkəzinin proseslərinin (maddi-texniki ehtiyatların və məhsulların anbarlara qəbulu, yükləmə-boşaltma işlərinin aparılması, ehtiyatların və məhsulların qəbulu və anbarlara verilməsi, onların anbarlarda saxlanması üçün zəruri rejim və şəraitin təmin edilməsi) təşkili və idarə olunması;
- Likvid olmayan aktivləri minimum səviyyəyə çatdırılması və bu istiqamətdə tədbirlərin işlənib hazırlanması;
- Məhsulların saxlanması ilə əlaqədar tələb olunan rejimlərə və saxlama şərtlərinə nəzarət edilməsi;
- Loqistika Mərkəzinin büdcəsinin hazırlanması və onun icrasının təmin olunması;
- İşçi heyətinin idarə olunması, vəzifə və məsuliyyət bölgüsü matrisalarının hazırlanması və iş bölgülərinin aparılması;
- İşçi heyətinin qiymətləndirilməsinin aparılması;
- Mal material ehtiyatların saxlanması ilə əlaqədar xərcləri (enerji təchizatı, təmir, inventor, itqilər vəs.) optimallaşdıraraq nəzarət edilməsi;
Tələblər
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 5 il iş stajı
- Mal-materialların yükləmə, boşaltma və anbar daxilində təhlükəsiz yerləşdirilməsi qaydalarını bilməli
- Anbar hesabatları ilə işləməyi bilməlidir
- 1C proqramında sərbəst işləmək bacarığı
- Yüksək səviyyədə MS Office proqramları, xüsusilə Excel biliyi mütləqdir
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
- İdarəetmə bacarığı
İş şəraiti
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən təmin olunur
- İş yeri Qusar, Ləgər Qışlaq
- Əmək haqqı razılaşma yolu ilə