Vəzifə öhdəlikləri:
- İstehsalat rəhbəri ilə birgə meyvə qəbulu prosesinin təşkili və nəzarəti
- Məhsulların soyuducu kameralarda düzgün yerləşdirilməsinə nəzarət
- Çeşidləmə prosesinin təşkili və çeşidləmə avadanlıqlarının sazlığını təmin etmək
- Məhsulların qablaşdırılması, paletlənməsi və yüklənmə proseslərinin icrasına nəzarət
- Tara materialları və hazır məhsul anbarlarının qalığına nəzarət
- Günlük, həftəlik və aylıq hesabatların hazırlanmasında iştirak və rəhbərə təqdim etmək
- Mədaxil-məxaric sənədlərinin düzgün və tələb olunan formada aparılmasına nəzarət
- Anbara daxil olan və çıxarılan malların uçotunun dəqiq aparılmasını təmin etmək
- Anbar daxilində məhsulların düzgün və növlərinə görə yerləşdirilməsinə nəzarət
- Stok sayına nəzarət etmək, azalan materiallar barədə təchizat şöbəsini vaxtında məlumatlandırmaq
- İş gününün əvvəlində və sonunda stokların sayımında iştirak və nəticələri rəhbərliyə təqdim etmək
- Yükləmə zamanı fakturalarla məhsul miqdarlarının uyğunluğunu yoxlamaq
- Göndərilmə anbarına daxil olan məhsulların düzgün komplektləşdirilməsinə nəzarət etmək
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 3 il iş stajı
- Yüksək səviyyədə MS Office proqramları, 1C
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
İş şərtləri:
- İş qrafiki: Tam iş günü
- 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən təmin olunur
- İş yeri Qusar, Ləgər Qışlaq
- Əmək haqqı razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.