Vəzifə öhdəlikləri:
- Texniki təhlükəsizlik qaydalarına, əməyin təhlükəsizıiyi normalarına riayət etməklə qoruduğu obyektin kənar müdaxilələrdən mühafizə edir.
- Rəhbərliyin nümayəndəsi və ya növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, damğanın, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin edir.
- Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa - sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında - özünün tabe olduğu şəxsə, rəhbərliyin nümayəndəsinə və polis şöbəsinin növbətçisinə xəbər verir və polis nümayəndəsi gələnə qədər izin qorunmasını təmin edir.
- Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işlərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə, təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət və qeydiyyat.
- Kənar şəxslərin, maşınların şirkətə daxil olduğu-çıxıdğı zaman qeydiyyat kitabçalarında qeydiyyatının aparılması və nə məqsədlə gəlmələri qeyd olunmalıdır.
- Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması.
- Yük maşınlarının lazımi səviyyədə yerləşdirilməsi, gərginliyə qoşulması üçün tədbirlərin görülməsi və sürücülərin istək və təkliflərini rəhbərliyə bildirmək.
Tələb olunur:
- Gözətçi ixtisası üzrə minimum 1 il iş təcrübəsi olmalı
- Səlis istifadəçi səviyyəsində kompüterdə işləmə bacarığı
- Azərbaycan dilini əla bilməli
- Məntiqi düşüncə tərzi
- Qramatik cəhətdən düzgün və səlist nitq
- Yeni məlumatları tez qavrama bacarığı və yaxşı yaddaş
- Stres altında işləmə bacarığı
- Komandada işləmə bacarığı
İş şəraiti:
- Növbəli iş qrafiki - 1 gün səhər, 1 gün gecə, 2 gün ev
- Azərbaycan Respublikasının ƏM üzrə rəsmi qeydiyyat
- Yemək şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 500 manat.
CV-ləri yalnız e-mailə göndərilməsi tələb olunur
Ünvan: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, Tosoil Y/D məntəqəsinin yanı
Maraqlanan namizədlər mövzu hissəsində “Gözətçi” qeyd edərək CV formasını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilər.