Texnoloq-soyuducu meyvə anbarı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texnoloq-soyuducu meyvə anbarı

  • Deadline 31 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Anbara daxil olan meyvələrin qəbul zamanı keyfiyyət göstəricilərini, xarici görünüşünü, yetişmə səviyyəsini, zədələnmə və çürümə əlamətlərini yoxlamaq.
  • Qəbul edilən məhsulların temperaturunu, saxlanma vəziyyətini və müvafiq tələblərə uyğunluğunu yoxlamaq.
  • Meyvələrin növünə və texnoloji xüsusiyyətlərinə uyğun temperatur və nisbi rütubət rejiminə nəzarət etmək.
  • Soyuducu kameraların temperatur və rütubət göstəricilərini mütəmadi yoxlamaq, nəticələri müvafiq jurnal və ya elektron sistemdə qeyd etmək.
  • Temperatur, rütubət və digər saxlanma göstəricilərində normadan kənarlaşma olduqda dərhal rəhbərliyə məlumat vermək və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsini təşkil etmək.
  • Meyvələrin soyuducu kameralarda düzgün yerləşdirilməsinə, hava dövranının təmin edilməsinə və məhsulların texnoloji tələblərə uyğun saxlanmasına nəzarət etmək.
  • Saxlanılan məhsulların vəziyyətini mütəmadi yoxlamaq, çürümə, kiflənmə, xəstəlik, mexaniki zədələnmə və digər keyfiyyət problemlərini vaxtında müəyyən etmək və bu problemlər barədə məlumatı satış və satınalmalar üzrə struktur bölmələri ilə bölüşmək.
  • Keyfiyyətində problem yaranmış və ya yararsız məhsulların sağlam məhsullardan ayrılmasını təmin etmək və bu barədə rəhbərliyə məlumat vermək.
  • Məhsul itkilərinin minimuma endirilməsi üçün itkilərin səbəblərini araşdırmaq və onların qarşısının alınması üzrə təkliflər hazırlamaq.
  • Məhsulların anbar daxilində düzgün dövriyyəsinə, FIFO və FEFO prinsiplərinə uyğun yerləşdirilməsinə və çıxarılmasına nəzarət etmək.
  • Saxlanma müddəti bitmək üzrə olan məhsulları vaxtında müəyyən etmək və onların prioritet qaydada dövriyyəyə buraxılması barədə aidiyyəti şəxslərə məlumat vermək.
  • Məhsulların partiya, qəbul tarixi, saxlanma müddəti və digər zəruri məlumatlar üzrə izlənilməsini təmin etmək.
  • Anbarın sanitariya, gigiyena və qida təhlükəsizliyi tələblərinə uyğun vəziyyətdə saxlanmasına nəzarət etmək.
  • Soyuducu kameraların təmizlik, dezinfeksiya, havalandırma və ümumi sanitariya vəziyyətində yaranan uyğunsuzluqları müəyyən etmək və rəhbərliyə məlumat vermək.
  • Məhsulların yüklənməsi, boşaldılması və kameralar arasında hərəkəti zamanı onların zədələnməsinin və keyfiyyətinin pisləşməsinin qarşısını almaq.
  • Anbardar və digər aidiyyəti əməkdaşlarla birlikdə məhsulların düzgün saxlanması və dövriyyəsinin təşkilini təmin etmək.
  • Məhsul itkisi, keyfiyyət göstəriciləri, temperatur-rütubət rejimi və digər texnoloji göstəricilər üzrə gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
  • Aşkar edilmiş uyğunsuzluqlar, məhsul itkiləri və texnoloji risklər barədə rəhbərliyə vaxtında məlumat vermək və onların aradan qaldırılması ilə bağlı təkliflər təqdim etmək.
  • Müəssisənin daxili qaydalarına, əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik, sanitariya və qida təhlükəsizliyi tələblərinə riayət etmək.
  • Vəzifəsi ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələblər

Təhsil:

  • Ali təhsil (arzuolunandır);
  • Qida mühəndisliyi, qida texnologiyası, aqrar sahə, biologiya, kimya və ya əlaqəli ixtisaslar üzrə təhsil üstünlükdür.

İş təcrübəsi:

  • Qida, meyvə-tərəvəz, soyuducu anbar və ya müvafiq sahələrdə ən azı 1-2 il iş təcrübəsi;
  • Meyvə və tərəvəzlərin saxlanması texnologiyası üzrə praktiki təcrübə üstünlükdür.

Peşəkar biliklər:

  • Meyvə və tərəvəzlərin saxlanma və soyudulma texnologiyası;
  • Temperatur və nisbi rütubət rejimləri;
  • Məhsulların saxlanma müddətləri və keyfiyyət göstəriciləri;
  • FIFO və FEFO prinsipləri;
  • Qida təhlükəsizliyi, sanitariya və gigiyena tələbləri;
  • Məhsul itkilərinin səbəbləri və qarşısının alınması üsulları;
  • Soyuducu kameraların iş prinsipi və əsas texnoloji proseslər;
  • Anbar prosesləri və məhsulların partiya üzrə izlənilməsi;
  • Sənədləşmə və hesabatların hazırlanması.

Bacarıqlar:

  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Məhsul keyfiyyətində dəyişiklikləri vaxtında müəyyən etmək bacarığı;
  • Operativ qərarvermə;
  • Diqqətlilik və yüksək məsuliyyət;
  • Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq;
  • MS Office (xüsusilə Excel), ERP sistemləri və 1C proqramı üzrə sərbəst işləmək bacarığı;
  • Hesabat və texnoloji məlumatların düzgün qeydiyyatını aparmaq bacarığı.

İş şəraiti:

  • Saat 09:00-17:00
  • 6 günlük iş qrafiki
  • Yemək şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı razılaşma əsasında
  • Azərbaycan Respublikasının ƏM üzrə rəsmi qeydiyyat

CV-ləri yalnız e-mailə göndərilməsi tələb olunur

Ünvan: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, Tosoil Y/D məntəqəsinin yanı

Maraqlanan namizədlər mövzu hissəsində Texnoloq qeyd edərək CV formasını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilər.

  • Daily2
  • Weekly554
  • Monthly16