Vəzifə öhdəlikləri:
- Kabel məhsulları üzrə bazar araşdırmalarının aparılması və rəqabət mühitinin təhlili;
- Yeni kabel məhsullarının hazırlanması, çeşidlərin idarə edilməsi və inkişafı;
- Satış və marketinq komandaları ilə əməkdaşlıq edərək məhsulun bazarda doğru mövqeləndirilməsini təmin etmək;
- Təchizatçılarla və istehsalçılarla işin koordinasiyası;
- Məhsul üzrə büdcənin hazırlanması və satış göstəricilərinə nəzarət;
- Müştəri tələblərinin toplanması və texniki dəstəyin təşkili.
Tələblər:
- Ali təhsil (elektrik mühəndisliyi, elektronika, idarəetmə və ya əlaqədar sahə);
- Minimum 3 il məhsul idarəçiliyi və ya satış təcrübəsi (kabel və ya elektrik məhsulları sahəsində üstünlük verilir);
- Kabel məhsullarının texniki xüsusiyyətləri barədə biliklər;
- Analitik düşünmə və layihə idarəetmə bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dili biliyi arzuolunandır;
- Yaxşı ünsiyyət və təqdimat bacarıqları.
İş Şərtlərimiz:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibədə təyin ediləcək
- 6 günlük iş rejimi
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibədə təyin ediləcək
- Ünvan: Abşeron Ticarət Mərkəzi
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Kabel məhsulları üzrə menecer” sözlərini qeyd edərək Müraciət Et düyməsində göstərilən e-ünvanına göndərsinlər.