Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 17 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri 

  • Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının gündəlik mühasibat uçotunu aparır.
  • İlkin mühasibat sənədlərini (qaimə, hesab-faktura, müqavilə, akt və s.) qəbul edir, yoxlayır və uçota daxil edir.
  • Mühasibat hesablarını aparır, dövriyyə və qalıqlara nəzarəti təmin edir.
  • Bank əməliyyatlarını həyata keçirir, ödəniş tapşırıqlarını hazırlayır və bank çıxarışlarını uçota daxil edir.
  • Bank çıxarışlarının müəyyən edilmiş vaxt intervallarında hesabat formasında təqdim olunmasını təmin edir.
  • Kassa əməliyyatlarını, POS-terminal və nağd satışların uçotunu həyata keçirir.
  • Gündəlik alış-satış əməliyyatlarını idarə edir və satış məlumatlarının sistemlərarası inteqrasiyasını təmin edir.
  • Satış və alış sənədlərinin (POS sistemləri, 1C və digər proqramlar) inteqrasiyasını və məlumatların düzgün daxil edilməsini təmin edir.
  • Elektron qaimə-fakturaları, avans qaimələrini və əlaqəli sənədləri hazırlayır, göndərir, düzəliş və qaytarma əməliyyatlarını həyata keçirir.
  • Satış müqavilələri, xidmət müqavilələri və digər kommersiya sənədlərinin qanunvericiliyə və şirkət standartlarına uyğun hazırlanmasını təmin edir.
  • Vergi bəyannamələrini (ƏDV, ÖMV və digər vergi hesabatları) hazırlayır və müvafiq portallar vasitəsilə təqdim edir.
  • DSMF, statistika və digər məcburi aylıq, rüblük və illik hesabatları hazırlayır və təqdim edir.
  • Elektron sistemlərdə (E-taxes, E-gov, internet bankçılıq və s.) əməliyyatları icra edir.
  • İşçilərin əmək haqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərini hesablayır, bank ödənişlərini icra edir.
  • Əmək haqqı kartlarının sifarişini və əlaqəli əməliyyatları həyata keçirir.
  • Debitor və kreditor borclarının uçotunu aparır, üzləşmələr həyata keçirir və borc qalıqlarına nəzarət edir.
  • Müştəri və təchizatçılarla hesablaşmaların idarə olunmasını təmin edir, borc hesabatlarını hazırlayır.
  • Yerli və xarici kreditorlarla ödənişlərin icrasını, üzləşmə aktlarının hazırlanmasını və sənədlərin uyğunluğunu yoxlayır.
  • Xarici valyuta ödənişlərini və bank-valyuta əməliyyatlarının uçotunu həyata keçirir.
  • İdxal əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin hazırlanmasına dəstək göstərir.
  • Qeyri-rezident əməliyyatlar üzrə tələb olunan vergi və sertifikatlaşdırma proseslərini həyata keçirir.
  • İstehsalat prosesində istifadə olunan xammal və materialların uçotunu aparır, məsrəf sənədlərini sistemə daxil edir.
  • Məhsulların maya dəyərinin hesablanmasını, kalkulyasiya cədvəllərinin hazırlanmasını və istehsalat xərclərinin təhlilini təmin edir.
  • Anbar, əsas vəsait və inventar uçotunu aparır, inventarizasiya prosesində iştirak edir.
  • Maliyyə hesabatlarını və rəhbərlik üçün tələb olunan digər hesabatları hazırlayır.
  • Mühasibat sənədlərinin arxivləşdirilməsini və qorunmasını təmin edir.
  • Satış bazası, sənəd dövriyyəsi və maliyyə göstəriciləri üzrə kənarlaşmaların təhlilini aparır.
  • Baş mühasib və rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir.
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edir.

Tələblər

  • Ali təhsil
  • 1 il iş təcrübəsi
  • 1C
  • MS Office
  • POSMarket
  • Hökumət portalları
  • Mühasibatlıq təlimi
  • Diqqətlilik
  • Məsuliyyətlilik
  • Hesabatlılıq
  • Komanda ilə işləmə bacarığı
  • Qərarvermə bacarığı
  • Azərbaycan dili
  • İngilis dili-Üstünülükdür

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily108
  • Weekly591
  • Monthly1655