Vəzifə öhdəlikləri
- Ofis otaqlarının, dəhlizlərin, sanitar qovşaqların və ümumi istifadə sahələrinin gündəlik təmizliyini təmin etmək.
- Döşəmələri süpürmək, silmək və təmiz vəziyyətdə saxlamaq.
- Masaların, rəflərin, qapıların, pəncərələrin və digər səthlərin tozunu silmək.
- Sanitar qovşaqlarda gigiyena qaydalarına riayət edilməsini təmin etmək, zəruri gigiyenik vasitələrin (maye sabun, tualet kağızı, kağız dəsmal və s.) mövcudluğunu nəzarətdə saxlamaq.
- Zibil qutularını vaxtında boşaltmaq və tullantıları müəyyən olunmuş qaydada kənarlaşdırmaq.
- Mətbəx və çay otağının təmizliyini təmin etmək, istifadə olunan qab-qacağı yumaq və səliqəli saxlamaq.
- Təmizlik vasitələrindən düzgün və qənaətlə istifadə etmək, onların ehtiyatı azaldıqda rəhbərliyə məlumat vermək.
- Mebel və avadanlıqların təmiz saxlanılmasını təmin etmək, aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək.
- İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək.
- Rəhbərlik tərəfindən verilən və vəzifəsinə uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər
- Yaş həddi: 30–40 yaş.
Qobu və Lökbatan ərazisində yaşayan namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.