İş qrafiki:
- 6 günlük
- İş saatı: 09:00-18:00
- İstirahət günü –Bazar
Vəzifə öhdəlikləri:
- Verilən metal konstruksiya layihələrin Tekla Structure proqramında 3D modellərinin işlənilməsi və işçi layihənin hazırlanması, işin gedişinə nəzarət etmək və layihə üçün material sərfini çıxarmaq;
- Metal konstruksiyaların sifarişçi sənədlərinə istinadən modellənməsi;
- Ümumi plan, yığım və detal cizgilərinin standartlara görə hazırlanması;
- Kəsim planlarının və qaynaq raportlarının hazırlanması;
- Konstruksiya cizgilərinin istehsalat üçün tam paket şəklində hazırlanması;
- Sifarişçi cizgilərində baş vermiş dəyişikliyə görə istehsalat cizgilərinin reviziyası və s.
Namizədə dair tələblər:
- Müvafiq Mühəndislik dərəcəsi olmalıdır.
- Konstruktiv polad konstruksiya və istehsal layihələrində minimum 5 il müvafiq təcrübə.
- Keyfiyyət Təminatı təcrübəsi tələb olunur.
- İngilis dilində (şifahi və yazılı) ünsiyyət qurmaq bacarığı
- Metalkonstruksiya və standart cizgiləri oxumağı bacarmalı;
- Metalkonstruksiyanın istehsal olunma və quraşdırılma gedişatını yaxşı başa düşməli;
- AutoCAD və TEKLA proqramlarını bilmək
Tekla Structures proqramında tələblər:
- Metalkonstrusiyaların modellənməsi;
- Qaynaq və bolt birləşmələrinin modellənməsi;
- Avtomatik bağlantılarını tətbiq edilməsi;
- Ümumi plan cizgilərinin, yığım cizgilərinin və detal cizgilərinin hazırlanması;
- Raportların alınması və s.;
- Dəqiq ölçülər üzərindən layihələrin düzgün və vaxtında icrasını təmin etməli:
Əmək haqqi: 900-2000 azn
Tələblərə uyğun olan namizədlər CV-ni elektron poçt ünvanına (mövzu yerinə “Mühəndis konstruktor” qeyd edib) göndərə bilərlər.
Əlaqə 0512400606