Vəzifə öhdəlikləri
- Anbara daxil olan məhsul və materialların qəbulunu həyata keçirmək;
- Məhsulların sayını, keyfiyyətini və sənədlərini yoxlamaq;
- Məhsulların anbar daxilində düzgün yerləşdirilməsini təmin etmək;
- Hazır məhsulların sifarişlərə uyğun yüklənməsini təşkil etmək;
- Anbar qalıqlarının gündəlik və aylıq uçotunu aparmaq;
- Mal-material hərəkəti ilə bağlı sənədləşməni düzgün icra etmək;
- Inventarizasiya prosesində iştirak etmək;
- Anbarın səliqə-sahmanına və təhlükəsizlik qaydalarına nəzarət etmək;
- Məhsulların zədələnməsinin və itkisinin qarşısını almaq.
Tələb olunan bilik və bacarıqlar
- Minimum orta ixtisas və ya ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi üstünlükdür.
- Anbar uçotu və sənədləşmə qaydalarını bilmək;
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- 1C və ya digər anbar proqramlarında işləmək üstünlükdür;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək bacarığı;
- Fiziki iş rejiminə uyğun olmaq.
İş şəraiti
- İş qrafiki: 6 günlük
- İş saatı 09:00-18:00-dək
- İstirahət günü: Bazar günü
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
- İş yeri: Bakı şəhəri, Mehdiabad qəsəbəsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.