Content Creator

  • Истекает 30 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Anqard komandası Content Creator axtarır! 

Sosial media üçün kreativ ideyalar düşünməyi, video çəkməyi, trendləri izləməyi və məhsulları maraqlı formada təqdim etməyi sevirsənsə, səni komandamızda görmək istəyirik.

Vəzifə öhdəlikləri:

  • Instagram, TikTok və digər sosial media platformaları üçün kreativ kontentlərin hazırlanması;
  • Reels və qısa formatlı videoların çəkilməsi və montajı;
  • Məhsul və layihələrin kreativ formada təqdim edilməsi;
  • Kontent üçün ideya, konsept və ssenarilərin hazırlanması;
  • Sosial media trendlərinin izlənilməsi və brendə uyğunlaşdırılması;
  • Kontent planına uyğun çəkilişlərin həyata keçirilməsi.

Namizədə tələblər:

  • Kontent yaradılması, sosial media, marketinq, kommunikasiya və ya əlaqəli sahədə 1 ildən artıq iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Kreativ düşüncə və güclü vizual zövq;
  • Telefon və ya kamera ilə keyfiyyətli video çəkiliş bacarığı;
  • CapCut, Premiere Pro və ya digər video montaj proqramlarından istifadə bacarığı;
  • Instagram və TikTok trendlərini yaxından izləmək;
  • Portfolio və əvvəlki iş nümunələrinin təqdim edilməsi.

İş şəraiti:

  • İş yeri: Mehdiabad qəsəbəsi — fabrikin daxilində yerləşən ofis
  • İş saatları: 6 gün 09:00–18:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: 600 - 700 AZN

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily6
  • Weekly601
  • Monthly242