Vəzifə öhdəlikləri:
- İri və kiçik məişət avadanlıqları, istilik və soyutma sistemləri və tikinti materiallarının satışı
- Müştərilərə məhsullar haqqında dolğun və dəqiq məlumatın verilməsi
- Sifarişlərin qəbul olunması və düzgün şəkildə təhvil verilməsi
- Mövcud və yeni müştərilərlə effektiv münasibətlərin qurulması
- Mağaza daxilində məhsul yerləşdirilməsi və tərtibatına nəzarət
- Satış hədəflərinə çatmaq və satış planını yerinə yetirmək
- Müştəri məlumatlarının və sifarişlərin sistemdə düzgün işlənməsi
- Mağazanın sosial şəbəkə hesablarında aktiv olmaq, məhsullarla bağlı post və hekayələr paylaşmaq
Tələblər:
- Yaş aralığı: 22–40 yaş
- İri və kiçik məişət avadanlıqları, istilik və soyutma sistemləri və tikinti materialları üzrə ilkin biliklər arzuolunandır
- Azərbaycan və rus dillərində sərbəst danışıq (vacibdir)
- İngilis dili biliyi üstünlükdür
- Aktiv, məsuliyyətli və təşəbbüskar olmaq
- Yaxşı ünsiyyət və təqdimat bacarığı
- Komandada işləmək bacarığı
- Kompyuter proqramları üzrə biliklər: Outlook və MS Office proqramlarından (xüsusən Excel və Word) səmərəli istifadə bacarığı
İş şərtləri:
- Maaş: 600 - 1500 AZN (təcrübədən asılı olaraq və satışdan bonus)
- Rahat və stabil iş mühiti
- Ünvan: Apşeron Ticarət Mərkəzi (əlavə məlumat əlaqə əsasında)
- İş qrafiki: 6 günlük iş həftəsi (9:00 – 18:00)
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi” qeyd edərək göstərilən Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.