Apar (Bike-Sharing Startup) Apar (Bike-Sharing Startup)
  • 831

Müştəri xidmətləri mütəxəssisi

  • Истекает 9 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.

İş barədə məlumat:

  • Müştəri sorğu və şikayətlərini telefon, e-poçt və sosial media vasitəsilə qəbul etmək və cavablandırmaq.
  • Müştərilərə velosiped kiralama prosesləri, qiymətlər və mövcud kampaniyalar haqqında dəqiq məlumatlar vermək.
  • Müştəri məmnuniyyətini artırmaq məqsədilə yüksək səviyyədə xidmət standartlarını təmin etmək.
  • Müştəri şikayətlərini səbirli və peşəkar şəkildə həll etmək.
  • Müştəri rəyləri və təklifləri əsasında xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün təkliflər vermək.

Tələblər:

  • Xanım namizədlər
  • Müştəri xidmətləri sahəsində minimum  6 ay iş təcrübəsi
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları
  • Problem həlli bacarıqları və yüksək səviyyədə müştəriyönümlülük
  • Komanda işində uğur qazanmaq və müstəqil işləmə qabiliyyəti
  • Azərbaycan dili-səlis, rus və  ingilis dili-arzuolunan

Biz nə təklif edirik?

  • Gənc və dinamik kollektivdə işləmək fürsəti
  • Şəhər mərkəzində iş yeri 
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək

İş vaxtı: növbəli iş qrafıkı

Əgər bilik və bacarıqlarınıza güvənir həmçinin  innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Müştəri xidmətləri mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik.

  • Daily103
  • Weekly223
  • Monthly910