Namizədə olan tələblər:
- Ali təhsil (Biznes, iqtisadiyyat, logistika, aqrar sahə və ya əlaqəli istiqamət üzrə);
- Satış, təchizat, logistika və ya kommersiya sahəsində iş təcrübəsi;
- Ezamiyyətlərə hazırlıqlı olmalı;
- Analitik düşünmə və satış hesabatlarının hazırlanması bacarığı;
- Danışıqlar aparmaq və müştəri bazası ilə işləmək bacarığı;
- Azərbaycan dili sərbəst, rus dili üstünlükdür;
- Microsoft Excel proqramında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Hazır kənd təsərrüfatı məhsullarının yerli bazarda satışını təşkil etmək və idarə etmək;
- Supermarketlər, topdan satış bazarları, və digər müştərilərlə əməkdaşlıq qurmaq və inkişaf etdirmək;
- Sifarişlərin qəbulunu, planlanmasını və vaxtında çatdırılmasını təmin etmək;
- Satış və təchizat proseslərini koordinasiya etmək və operativ nəzarəti həyata keçirmək;
- Yeni müştəri bazasının araşdırılması və inkişaf etdirilməsini təmin etmək;
- Təchizatçılarla əməkdaşlıq edərək məhsulun davamlılığını təmin etmək;
- Qiymət siyasətini bazar şərtlərinə uyğun formalaşdırmaq və satış marjasını idarə etmək;
- Mövsümi məhsul planlamasında iştirak etmək və satış proqnozları hazırlamaq;
- Logistika və daxili daşınma proseslərini təşkil etmək və optimallaşdırmaq;
- Anbar ehtiyatlarının idarə olunmasına nəzarət etmək;
- Məhsulların keyfiyyətinə nəzarət etmək və müştəri şikayətlərini idarə etmək;
- Satış göstəriciləri üzrə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Bazar araşdırmaları aparmaq və rəqabət mühitini analiz etmək;
- Satış prosesində yaranan riskləri (gecikmə, məhsul itkisi, qiymət dəyişiklikləri və s.) müəyyən etmək və qarşısını almaq;
- Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlər aşağıdaki link vasitəsilə https://careers.ram.az/?vacancy=2461&source=UC_HBS8ZI
Və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Hazır Məhsul Əməliyyatları üzrə Menecer (Yerli Bazar)” yazaraq CV-lərini göndərə bilər.