Aqrar Tədarük və Təchizat Aqrar Tədarük və Təchizat
  • 712

Aqrar Tədarük və Təchizat

Food Products

Elektron portal əməliyyatları üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Elektron portal əməliyyatları üzrə mütəxəssis

  • Истекает 13 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Vəzifə öhdəlikləri:

  • Elektron portalda ona təhkim olunmuş dövlət satınalan təşkilatların işlənməsinə nəzarət;
  • Proseslərin düzgün icrasını təmin etmək və portal vasitəsilə koordinasiyanı qurmaq;
  • Elektron platformada istifadəçi rollarının idarə edilməsində dəstək göstərmək;
  • Portalda sənəd dövriyyəsinin izlənməsi və sənədlərin düzgün formatda sistemə yüklənməsi prosesini yoxlamaq;
  • Portalda baş verə biləcək texniki çətinliklərin, nasazıqların həllində operativ iştirak etmək;
  • Portalda yerləşdirilmiş məlumatların uyğunluğunu yoxlamaq və uyğun olmayan hallarda aidiyyəti üzrə məlumatlandırmaq;
  • Gündəlik və aylıq hesabatların ofis programlarında hazırlanmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Tələblər:

  • Ali təhsil 
  • MS Office proqramlarında, xüsusən Excel proqramında işləmək bacarığı
  • Ən azı 1 illik iş təcrübəsi 
  • Azərbaycan dili (yüksək səviyyədə)
  • Peşəkar yanaşma və nəticəyönümlü fəaliyyət;
  • Komandada işləmək  bacarıqları
  • Təşəbbüskar və proses yönümlü davranış
  • Güclü ünsiyyət və koordinasiya bacarıqları

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında razılaşdırılacaq
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Göstərilən tələblərə cavab verən namizədlərdən bilik və təcrübədən asılı olaraq CV-lərini mövzu (subject) hissəsinə “Elektron portal əməliyyatları üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily95
  • Weekly275
  • Monthly1362