Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis

  • Истекает 26 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Peşəkar komandanın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyin, normativ hüquqi aktların və daxili prosedurların tələblərinə riayət olunmasına nəzarət etmək;
  • İş qəzası, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər hazırlamaq və icrasını izləmək;
  • İşçilər üçün əməyin mühafizəsi, texniki təhlükəsizlik və ilkin təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək, müvafiq qeydiyyat sənədlərini aparmaq;
  • İş yerlində fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmasına və təhlükəsizlik tələblərinə əməl edilməsinə nəzarət etmək;
  • Müəssisənin struktur bölmələrində təhlükəsizlik vəziyyətinin monitorinqini aparmaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər hazırlamaq;
  • Mülki müdafiə üzrə tədbirlərin, müvafiq planların və fövqəladə hallara hazırlıq tədbirlərinin hazırlanmasında və icrasında iştirak etmək;
  • Yanğın, qəza, təbii fəlakət və digər fövqəladə hallar zamanı davranış qaydaları üzrə maarifləndirmə və praktiki təlimlərin təşkilində iştirak etmək;
  • Təxliyə planlarının, xəbərdarlıq və operativ məlumatlandırma tədbirlərinin hazırlanmasına və aktuallığının qorunmasına dəstək göstərmək;
  • Fövqəladə hallar zamanı istifadə edilən mühafizə vasitələrinin, ilkin yardım ləvazimatlarının və digər müvafiq avadanlıqların vəziyyətinə nəzarətdə iştirak etmək;
  • Əməyin mühafizəsi və mülki müdafiə üzrə hesabatları, aktları, jurnalları və digər sənədləri hazırlamaq və müvafiq qaydada qeydiyyatını aparmaq;
  • Aidiyyəti dövlət qurumları və müəssisənin struktur bölmələri ilə müvafiq istiqamətlər üzrə koordinasiyanı təmin etmək.

Namizədə tələblər:

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, mülki müdafiə, mühəndislik və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəs (dövlət müəssisələrində iş təcrübəsi üstünlükdür);
  • ISO 45001 Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi üzrə biliklər;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya mülki müdafiə üzrə əlavə təlim və sertifikatların olması üstünlükdür;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi, əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və mülki müdafiə sahələrini tənzimləyən normativ hüquqi aktları barədə biliklər;
  • Peşə risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risklərin azaldılması tədbirlərinin hazırlanması üzrə biliklər;
  • Təhlükəsizlik təlimatlarının, müvafiq planların, aktların və hesabatların hazırlanması bacarığı;
  • Fövqəladə hallara hazırlıq, təxliyə tədbirləri və təhlükəsizlik təlimlərinin təşkili barədə biliklər;
  • MS Office proqramları, xüsusilə Word və Excel üzrə işləmək bacarığı;
  • Analitik düşünmə, məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı;
  • Komandada işləmək, ünsiyyət qurmaq və əməkdaşlarla effektiv koordinasiya aparmaq bacarığı.

İş rejimi:

CV-lərinizi mövzu hissəsində “Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.

  • Daily1
  • Weekly539
  • Monthly1