Aqrar Tədarük və Təchizat Aqrar Tədarük və Təchizat
  • 154

Aqrar Tədarük və Təchizat

Ərzaq məhsulların istehsalı

Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas

  • Deadline 17 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Hüquqşünas” vakansiyası üzrə işçi axtarışı elan edilir!

Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Vəzifə öhdəlikləri:

  • Hüquqi məsələlərlə əlaqədar Cəmiyyətə və ya şöbəyə daxil olan məktublara cavab yazmaq və onların təyinatı üzrə göndərilməsini təmin etmək;
  • Qərarların, əmrlərin, sərəncamların, sazişlərin və hüquqi xarakterli digər normativ sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunu qabaqcadan yoxlamaq, zəruri hallarda isə həmin sənədləri hazırlamaq;
  • Normativ hüquqi aktların müddəaları və Cəmiyyətin fəaliyyətində qarşıya çıxan ziddiyyətli hüquqi məsələlər barədə yazılı şərh vermək;
  • Bütün növ daxili sənədlərin tərtib olunmasında iştirak etmək;
  • Müqavilələri və müqavilə əlavələrini hazırlamaq, onlar barədə hüquqi rəy vermək, qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Müqavilələrin reyestrinin aparılmasını həyata keçirmək;
  • Müvafiq dövlət orqanlarına, təşkilatlara, idarələrə sorğuları hazırlamaq, göndərmək və cavablarını əldə etmək;
  • Bilavasitə rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

 Tələblər:

  • Ali hüquq təhsili; 
  • Hüquq sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Müqavilələr hüququ sahəsində təcrübə;
  • Analitik düşünmə və təhlil qabiliyyəti;
  • MS Office proqramlarını (xüsusilə Word, Excel, PowerPoint) yaxşı səviyyədə bilmək;
  • Azərbaycan dilində sərbəst, İngilis dilini orta səviyyədə bilmək.

 İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

CV-lərinizi mövzu hissəsində “Hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.

Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!

  • Daily0
  • Weekly615
  • Monthly1708