Marketinq Təcrübəçi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Marketinq Təcrübəçi

  • Истекает 21 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Marketinq, sosial media, rəqəmsal alətlər və yaradıcı ideyalar səni həyəcanlandırırsa, komandamıza qoşulmaq üçün doğru zamandır!

Sən bu proqramda nə edəcəksən?

  • Sosial media və marketinq fəaliyyətlərində komandaya dəstək olacaqsan;
  • Bazar və rəqib araşdırmaları aparacaqsan;
  • Kontent ideyalarının hazırlanmasında iştirak edəcəksən;
  • Təqdimat, hesabat və marketinq materiallarının hazırlanmasına dəstək göstərəcəksən;
  • Sosial media paylaşımlarının hazırlanması prosesinə qoşulacaqsan;
  • AI və rəqəmsal alətlərdən istifadə edəcəksən;
  • Marketinq layihələri və tədbirlərdə komandanı dəstəkləyəcəksən.

Səndən nə gözləyirik?

  • Marketinq və rəqəmsal sahəyə maraq;
  • Araşdırma və məlumat toplama bacarığı;
  • Kompüter və internet alətlərindən sərbəst istifadə;
  • Sosial media haqqında ümumi bilik;
  • Məntiqi düşünmə və sürətli öyrənmə;
  • Məsuliyyətli və öyrənməyə açıq yanaşma;
  • Microsoft Office üzrə baza bilikləri;
  • Komandada işləmək bacarığı.

Üstünlük hesab olunur:

  • Canva, ChatGPT və digər rəqəmsal alətlərlə işləmək bacarığı;
  • İngilis dili biliyi.

Biz nə təklif edirik?

  • Ödənişli təcrübə proqramı;
  • Real marketinq layihələrində iştirak imkanı;
  • Peşəkar inkişaf və öyrənmə mühiti.

İş Şərtləri:

  • Ünvan: Çinar Park Biznes Mərkəzi
  • İş saatları: 08:30 – 17:30
  • İş qrafiki: 5 günlük

Maraqlanan namizədlərdən CV-lərini "Marketing Təcrübəçi" mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily14
  • Weekly580
  • Monthly1756