Aqrar Tədarük və Təchizat Aqrar Tədarük və Təchizat
  • 806

Aqrar Tədarük və Təchizat

Food Products

Marketinq və satışın təşkili şöbəsi üçün peşəkar və motivasiyalı komanda üzvləri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq və satışın təşkili şöbəsi üçün peşəkar və motivasiyalı komanda üzvləri

  • Deadline 19 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq və satışın təşkili şöbəsi üçün peşəkar və motivasiyalı komanda üzvləri axtarışındayıq (şöbə müdiri və mütəxəssis heyəti: baş mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis).

Özünə və peşəkar qabiliyyətinə güvənən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Vəzifə öhdəlikləri:

  • Satış planlarını hazırlamaq, icrasına nəzarət etmək və nəticələri rəhbərliyə hesabat şəklində təqdim etmək;
  • Məhsullar üçün satış kanallarını müəyyənləşdirmək və bu kanallarla əməkdaşlıq qurmaq;
  • Məhsulların alternativ bazarlara çıxarılması üçün satış strategiyasını işləyib hazırlamaq və tətbiq etmək;
  • Məhsulların satışını dəstəkləmək məqsədilə marketinq və tanıtım fəaliyyətlərini həyata keçirmək;
  • Potensial bazarları araşdırmaq, bazar analizi aparmaq və nəticələr əsasında fəaliyyətlərə dəstək vermək;
  • Yeni məhsul və xidmətlərin bazara çıxarılma strategiyasını hazırlamaq və icrasını təmin etmək;
  • Əlaqədar dövlət və özəl qurumlarla əməkdaşlıq əlaqələrini qurmaq;
  • Satış prosesində yarana biləcək riskləri öncədən müəyyənləşdirərək, onların azaldılması üçün dəstək mexanizmləri hazırlamaq.

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya əlaqəli sahələr üzrə);
  • Satış və marketinq sahəsində ən azı 3 il iş təcrübəsi, xüsusilə kənd təsərrüfatı və ya qida sektorunda;
  • Bazarın təhlili və məhsulların bazara çıxarılması üzrə biliklər;
  • Analitik düşünmə qabiliyyəti, satış kanallarını və bazarı əvvəlcədən təhlil etmək bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Komanda ilə işləmə, təşəbbüskarlıq və nəticəyə yönümlülük.

CV-lərinizi mövzu hissəsində aidiyyəti üzrə Marketinq və satışın təşkili şöbəsinin müdiri, baş mütəxəssisi, aparıcı mütəxəssis, mütəxəssisi yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin. Kənd təsərrüfatı və ya qida sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!

 

  • Daily109
  • Weekly591
  • Monthly2459