Aqrar Tədarük və Təchizat Aqrar Tədarük və Təchizat
  • 597

Aqrar Tədarük və Təchizat

Food Products

Marketinq və satışın təşkili üzrə şöbə müdiri / baş mütəxəssis / mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Marketinq və satışın təşkili üzrə şöbə müdiri / baş mütəxəssis / mütəxəssis

  • Истекает 16 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Marketinq və satışın təşkili şöbəsi üçün peşəkar və motivasiyalı komanda üzvləri axtarışındayıq (şöbə müdiri və mütəxəssis heyəti: baş mütəxəssis, mütəxəssis).

Vəzifə öhdəlikləri:

  • Satış planlarını hazırlamaq, icrasına nəzarət etmək və nəticələri rəhbərliyə hesabat şəklində təqdim etmək;
  • Məhsullar üçün satış kanallarını müəyyənləşdirmək və bu kanallarla əməkdaşlıq qurmaq;
  • Məhsulların alternativ bazarlara çıxarılması üçün satış strategiyasını işləyib hazırlamaq və tətbiq etmək;
  • Məhsulların satışını dəstəkləmək məqsədilə marketinq və tanıtım fəaliyyətlərini həyata keçirmək;
  • Potensial bazarları araşdırmaq, bazar analizi aparmaq və nəticələr əsasında fəaliyyətlərə dəstək vermək;
  • Yeni məhsul və xidmətlərin bazara çıxarılma strategiyasını hazırlamaq və icrasını təmin etmək;
  • Əlaqədar dövlət və özəl qurumlarla əməkdaşlıq əlaqələrini qurmaq;
  • Satış prosesində yarana biləcək riskləri öncədən müəyyənləşdirərək, onların azaldılması üçün dəstək mexanizmləri hazırlamaq.

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya əlaqəli sahələr üzrə);
  • Satış və marketinq sahəsində ən azı 3 il iş təcrübəsi, xüsusilə kənd təsərrüfatı və ya qida sektorunda;
  • Bazarın təhlili və məhsulların bazara çıxarılması üzrə biliklər;
  • Analitik düşünmə qabiliyyəti, satış kanallarını və bazarı əvvəlcədən təhlil etmək bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Komanda ilə işləmə, təşəbbüskarlıq və nəticəyə yönümlülük.

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Marketinq və satışın təşkili şöbəsinin müdiri / baş mütəxəssisi / mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

  • Daily90
  • Weekly490
  • Monthly1669