Aqrar Tədarük və Təchizat Aqrar Tədarük və Təchizat
  • 455

Aqrar Tədarük və Təchizat

Food Products

Monitorinq və Keyfiyyətə Nəzarət Şöbəsi üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Monitorinq və Keyfiyyətə Nəzarət Şöbəsi üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis

  • Истекает 22 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Siz peşəkar inkişafa yönəlmiş, keyfiyyətə nəzarət və audit sahəsində təcrübəniz olan, komandada işləməyi sevən birisinizsə, sizi komandamıza dəvət edirik! Yeni uğur hekayəmizin bir hissəsi olmaq üçün müraciət edin!

Vəzifə öhdəlikləri:

  • İstehsalçı və satıcıların monitorinqi (elektron kənd təsərrüfatı sistemi və ya yerində baxış);
  • Məlumatların düzgünlüyü və sənədlərin həqiqiliyi üzrə nəzarət, müqavilə və satınalma şərtlərinə uyğunluğun yoxlanılması;
  • Sanitar-gigiyenik tədbirlərin yerinə yetirilməsinə nəzarət, ərzaq məhsullarının saxlanması və daşınması üzrə standartlara riayət olunması;
  • Ərzaq məhsullarının keyfiyyətinə nəzarət və şikayətlərin araşdırılması, aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi;
  • Risklərin aşkarlanması və keyfiyyətin yaxşılaşdırılması üçün hesabatların hazırlanması və təhlil edilməsi;
  • Keyfiyyət idarəetmə sisteminin səmərəliliyini izləmək və uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər hazırlamaq.

Tələblər:

  • Ali təhsil: Audit, İqtisadiyyat, Biznes və ya əlaqəli sahə;
  • 2-3 il təcrübə: audit, daxili nəzarət və keyfiyyətə nəzarət üzrə;
  • MS Office, Power BI, Excel üzrə yüksək səviyyə bacarıq;
  • Vizuallaşdırma proqramlarında (Power BI və ya digər alətlər) təcrübə;
  • 1C proqram təminatında işləmək bacarığı;
  • Azərbaycan dili (yüksək səviyyə), İngilis dili və Rus dili arzuolunandır;
  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə imtahanların keçilməsi üstünlükdür.

Fərdi keyfiyyətlər:

  • Komandada işləmə bacarığı və ünsiyyət qabiliyyəti;
  • Analitik düşüncə və sürətli öyrənmə qabiliyyəti;
  • Təqdimat bacarıqları və problemlərin həlli sahəsində təcrübə.

İş şəraiti:

  • 5 günlük iş qrafiki (09:00-18:00);
  • Əmək haqqı: Müsahibə əsasında razılaşdırılacaq;
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Qeyd: CV-lərinizi mövzu hissəsində “Monitorinq və keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.

Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!

  • Daily80
  • Weekly80
  • Monthly2377