Aqrar Tədarük və Təchizat Aqrar Tədarük və Təchizat
  • 1.4K

Aqrar Tədarük və Təchizat

Food Products

Proqramçı

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Proqramçı

  • Истекает 1 сентябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Proqramçı” vakansiyası üzrə işçi axtarışı elan edilir!

Əgər “kod” sizin üçün sadəcə əmrlər toplusu deyil, yaradıcı həllərin açarıdırsa, sizdə innovativ düşüncə və davamlı inkişaf arzusu varsa – Sizi komandamıza dəvət edirik!

Yeni uğur hekayəmizin bir hissəsi olmaq üçün bizə müraciət edin!

Vəzifə öhdəlikləri:

  • Java dili ilə server tərəfli sistemlərin hazırlanması və inkişaf etdirilməsi;
  • RESTful API-lərin dizaynı və implementasiyası;
  • Verilənlər bazaları, API inteqrasiya;
  • Frontend proqramçıları, QA mühəndisləri və DevOps komandası ilə əməkdaşlıq;
  • Təmiz, effektiv və test edilə bilən kodların yazılması;
  • Kod baxışlarında (code review) və texniki müzakirələrdə iştirak;
  • Mövcud sistemlərdə xətaların aşkarlanması və aradan qaldırılması

Tələblər:

  • Java dili ilə 2 ildən yuxarı peşəkar təcrübə (Java 11 və ya daha yuxarı versiyalar üstünlükdür);
  • OOPSOLID prinsipləri və dizayn nümunələri barədə güclü bilik bazası;
  • Spring BootSpring MVCSpring DataHibernate ilə iş təcrübəsi;
  • REST APIJSONHTTP protokolları üzrə bilik bazası;
  • SQL verilənlər bazaları ilə işləmə təcrübəsi (PostgreSQL, MySQL və s.);
  • Maven və ya Gradle ilə işləmə bacarığı;
  • Git və versiya nəzarəti sistemlərində təcrübə;
  • JUnitMockito və digər test çərçivələri ilə tanışlıq;
  • Docker və konteynerləşdirilmiş mühitlər barədə ilkin bilik

Üstünlük sayılacaq:

  • Microservices arxitekturası ilə iş təcrübəsi
  • CI/CD vasitələri ilə təcrübə (Jenkins, GitLab CI və s.)
  • Kubernetes barədə ilkin anlayış
  • Frontend (React və ya Angular) üzrə bilik əlavə üstünlükdür

Qeyd: CV-lərinizi mövzu hissəsində “Proqramçı” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.

Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!

  • Daily13
  • Weekly604
  • Monthly722