Aqrar Tədarük və Təchizat Aqrar Tədarük və Təchizat
  • 692

Aqrar Tədarük və Təchizat

Food Products

Strateji planlama və biznes proseslərinin idarə olunması şöbəsinə baş mütəxəssis / mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Strateji planlama və biznes proseslərinin idarə olunması şöbəsinə baş mütəxəssis / mütəxəssis

  • Deadline 16 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin strateji inkişaf planlarının hazırlanması, icrası və monitorinqi;
  • Müvafiq sahələrdə bazar tendensiyalarını, imkanları və riskləri müəyyən etmək üçün bazar araşdırması və strateji təhlillərin aparılması;
  • Strateji layihələr üçün maliyyə modellərinin hazırlanması, ilkin maliyyə təhlillərinin aparılması və modelləşdirilməsi;
  • Biznes proseslərinin təhlili, optimallaşdırılması və səmərəliliyinin artırılması;
  • Daxili proseslərin standartlaşdırılması və təkmilləşdirilməsi;
  • Funksional səviyyəli strategiyaların hazırlanması və həyata keçirilmə prosesində iştirak ;
  • Strateji layihələrin idarə olunması və nəticələrinin qiymətləndirilməsi;
  • İdarə heyətinə hesabatların təqdim olunması.

Tələblər:

  • Ali təhsil (biznesin təşkili, idarəetmə,iqtisadiyyat, və s. üzrə);
  • Biznesin inkişafı, strateji planlama, biznes proseslərinin idarə olunması sahəsində ən azı 5 il iş təcrübəsi 
  • Layihələrin idarə olunması üzrə biliklər (PMP, Agile, Financial Modelling, Valuation Analyst üstünlükdür);
  • MS Office və biznes analitik proqramlarında sərbəst işləmək bacarığı;       
  • Strategiyanın hazırlanması və həyata keçirilməsi  sahəsində nəzəri və praktiki biliklər;
  • Biznes proseslərinin idarə edilməsi və optimallaşdırılması;
  • Büdcələşdirmə, xərclərin analizi və səmərəlilik göstəricilərinin hesablanması;
  • Layihələrin maliyyə qiymətləndirilməsi;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Güclü ünsiyyət və komanda idarəetmə bacarığı.

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Strateji planlama və biznes proseslərinin idarə olunması şöbəsinin baş mütəxəssisi / mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

  • Daily1
  • Weekly499
  • Monthly1678