Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
- Şirkətin strateji inkişaf planlarının hazırlanması, icrası və monitorinqi;
- Müvafiq sahələrdə bazar tendensiyalarını, imkanları və riskləri müəyyən etmək üçün bazar araşdırması və strateji təhlillərin aparılması;
- Strateji layihələr üçün maliyyə modellərinin hazırlanması, ilkin maliyyə təhlillərinin aparılması və modelləşdirilməsi;
- Biznes proseslərinin təhlili, optimallaşdırılması və səmərəliliyinin artırılması;
- Daxili proseslərin standartlaşdırılması və təkmilləşdirilməsi;
- Funksional səviyyəli strategiyaların hazırlanması və həyata keçirilmə prosesində iştirak ;
- Strateji layihələrin idarə olunması və nəticələrinin qiymətləndirilməsi;
- İdarə heyətinə hesabatların təqdim olunması.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, idarəetmə, biznesin təşkili və s. üzrə);
- Strateji planlama və ya biznes proseslərinin idarə olunması sahəsində ən azı 3-5 il iş təcrübəsi (şöbə rəhbəri üçün – 5 il və yuxarı)
- Layihələrin idarə olunması üzrə biliklər (PMP, Financial Modelling, Valuation Analyst üstünlükdür);
- MS Office və biznes analitik proqramlarında sərbəst işləmək bacarığı;
- Strategiyanın hazırlanması və həyata keçirilməsi sahəsində nəzəri və praktiki biliklər;
- Biznes proseslərinin idarə edilməsi və optimallaşdırılması;
- Büdcələşdirmə, xərclərin analizi və səmərəlilik göstəricilərinin hesablanması;
- Layihələrin maliyyə qiymətləndirilməsi;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Güclü ünsiyyət və komanda idarəetmə bacarığı.
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Qeyd: CV-lərinizi mövzu hissəsində “Strateji planlama və biznes proseslərinin idarə olunması şöbəsinin müdiri / baş mütəxəssisi” yazaraq Müraciət Et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!