Əsas vəzifələr:
- Layihələrin büdcələrinin hazırlanması və icrasına nəzarət;
- Material, əmək, texnika və subpodrat xərclərinin izlənilməsi;
- Faktiki xərclərin təsdiq edilmiş büdcə ilə müqayisəsi və kənarlaşmaların müəyyən edilməsi;
- Artıq xərclənmələrin (overbudget) vaxtında aşkarlanması və rəhbərliyə bildirilməsi;
- Layihələrin gəlirlilik və xərc göstəricilərinin təhlili;
- Görülmüş işlərin həcmlərinin, aktların və ödənişlərin yoxlanılması;
- Təchizatçı və subpodratçı ödənişlərinin nəzarətdə saxlanılması;
- Layihə üzrə aylıq Cost Report və digər maliyyə/xərc hesabatlarının hazırlanması;
- Büdcə, faktiki xərc və proqnoz göstəricilərinin təhlili;
- Layihə rəhbərləri, mühasibatlıq, satınalma və digər şöbələrlə koordinasiya;
- Xərclərin optimallaşdırılması və potensial maliyyə risklərinin müəyyən edilməsi;
- Rəhbərliyə layihənin maliyyə vəziyyəti, mənfəətliliyi və mümkün itkiləri barədə mütəmadi məlumat təqdim edilməsi.
Namizədə tələblər:
- Tikinti şirkətində Cost Control, Cost Manager, Project Controls, maliyyə və ya əlaqəli sahədə iş təcrübəsi;
- Tikinti layihələrinin büdcə və xərc strukturunu anlamaq;
- Excel proqramında yaxşı səviyyədə işləmək;
- Büdcə və faktiki xərclərin müqayisəli təhlili bacarığı;
- Analitik düşüncə və rəqəmlərlə işləmə qabiliyyəti;
- Hesabat hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək bacarığı;
- Material, subpodrat və əmək xərcləri üzrə anlayış;
- ERP/mühasibatlıq proqramları ilə işləmə təcrübəsi arzuolunandır;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.