Şirkətimizə tikinti sahəsində çalışmaq üçün Keyfiyyətə nəzarət mühəndisi axtarılır.
Vəzifə öhdəlikləri:
- Tikinti-quraşdırma işlərinin layihə və texniki tələblərə uyğunluğuna nəzarət etmək;
- Görülən işlərin keyfiyyətini yoxlamaq və qəbul prosesində iştirak etmək;
- İstifadə olunan materialların texniki şərtlərə və standartlara uyğunluğunu yoxlamaq;
- Layihə, çertyoj və texniki sənədləri nəzərdən keçirmək;
- Sahədə aşkar olunan keyfiyyət uyğunsuzluqlarını müəyyən etmək və aradan qaldırılmasına nəzarət etmək;
- Görülən işlər üzrə akt, protokol və digər keyfiyyət sənədlərini hazırlamaq;
- Laboratoriya sınaqları və material yoxlamalarının nəticələrinə nəzarət etmək;
- Podratçı və subpodratçıların işlərinin keyfiyyət standartlarına uyğun aparılmasını təmin etmək;
- İşlərin qəbulunda texniki nəzarət və digər aidiyyəti şəxslərlə koordinasiyalı işləmək;
- Keyfiyyət üzrə hesabatların hazırlanmasını təmin etmək.
Tələblər:
- Ali texniki təhsil;
- Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə iş təcrübəsi;
- Tikinti norma və standartları haqqında bilik;
- Layihə və texniki çertyojları oxuma bacarığı;
- Texniki sənədləşmə aparmaq bacarığı;
- Məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan olmaq;
- Komandada işləmək və operativ qərar qəbul etmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.