Şirkətimizə tikinti sahəsində çalışmaq üçün SƏTƏM mühəndisi axtarılır.
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına nəzarət etmək;
- İşçilərin təhlükəsizlik qaydalarına əməl etməsini təmin etmək;
- Gündəlik sahə yoxlamalarını həyata keçirmək;
- Riskləri müəyyən etmək və qabaqlayıcı tədbirlər görmək;
- Təhlükəli hallar və pozuntular barədə rəhbərliyə məlumat vermək;
- Fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmasına nəzarət etmək;
- İşçilərə təhlükəsizlik üzrə təlimatların keçirilməsini təşkil etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik üzrə sənədləşməni aparmaq;
- Bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
- Tikinti sahəsində ekoloji və sanitar tələblərə riayət olunmasına nəzarət etmək.
Tələblər:
- Ali təhsil;
- Tikinti sahəsində SƏTƏM üzrə iş təcrübəsi;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə bilik;
- Məsuliyyətli və diqqətli olmaq;
- Operativ qərar qəbul etmək və komandada işləmək bacarığı;
- MS Office proqramlarını bilmək.
Maraqlanan namizədlər CV-lərini və ya müraciətlərini birbaşa Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.