Aqua Plus MMC Anbardar vəzifəsinə işçi axtarır.
İş yeri: Abşeron Ticarət Mərkəzi
Vəzifə öhdəlikləri:
- Qaiməyə uyğun malların anbardan toplanması və hazırlanması
- Malların qəbulunda və yerləşdirilməsində iştirak etmək
- Anbarın səliqə və nizamını qorumaq
- Sürücü və fəhlə ilə birlikdə malların maşına yüklənməsində iştirak etmək
- Malların sayına və düzgün komplektləşdirilməsinə nəzarət etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək
Tələblər:
- Fiziki işləmək qabiliyyəti
- Məsuliyyətli, dürüst və intizamlı olmaq
- Komanda ilə işləmə bacarığı
- Anbar sahəsində iş təcrübəsi üstünlükdür
- Su nasosları, hidroforlar və digər texniki avadanlıqlarla işləmə təcrübəsi olan namizədlərə üstünlük veriləcək
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Şənbə, saat 08:00 – 17:00
- Əmək haqqı: 700–900 AZN (təcrübədən asılı olaraq)
Qeyd: Bu vəzifə yalnız anbarda oturmaq və ya malın yerini göstərməkdən ibarət deyil. Namizəd qaiməyə uyğun malları anbardan çıxarmalı, komplektləşdirməli və sürücü-fəhlə heyəti ilə birlikdə yüklənmə prosesində aktiv iştirak etməlidir. Fiziki işə hazır olmayan şəxslərdən müraciət etməmələri xahiş olunur.
Təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Stabil iş yeri
- Uzunmüddətli əməkdaşlıq imkanı
- Maaş artımı və vəzifədə yüksəlmə perspektivi
Müraciət üçün: 0502130427 (WhatsApp)