Aqua Plus MMC Aqua Plus MMC
  • 150

Satış Meneceri – Su Nasosları və Texniki Avadanlıqlar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış Meneceri – Su Nasosları və Texniki Avadanlıqlar

  • Deadline 20 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Shimge Azərbaycan / Aqua Plus MMC mağazada çalışmaq üçün satış meneceri axtarır.

İşin mahiyyəti:

  • Mağazaya müraciət edən müştərilərə su nasosu və digər texniki məhsulların satışını həyata keçirmək
  • Müştərinin tələbinə uyğun nasos seçmək: məhsuldarlıq, basqı, mühərrik gücü və istifadə sahəsini müəyyənləşdirmək
  • Məhsulların texniki xüsusiyyətlərini və istifadə qaydasını müştəriyə düzgün izah etmək
  • Telefon və WhatsApp vasitəsilə daxil olan sorğuları cavablandırmaq
  • Qiymət təklifi hazırlamaq və müştəriyə göndərmək
  • Mövcud müştərilərlə əlaqəni davam etdirmək və yeni müştərilər cəlb etmək
  • Sifarişləri qəbul etmək, satış prosesini yekunlaşdırmaq və satış planına uyğun işləmək

Namizədə tələblər:

  • Satış sahəsində iş təcrübəsi
  • Müştəri ilə düzgün ünsiyyət və təqdimat bacarığı
  • Aktiv, məsuliyyətli və nəticəyə yönəlmiş olmaq
  • Kompüter və WhatsApp proqramından sərbəst istifadə etmək
  • Texniki məhsulları öyrənmək qabiliyyəti
  • Su nasosları, santexnika, tikinti materialları, istilik və ya digər texniki avadanlıqlar üzrə təcrübə üstünlükdür

Qeyd: Nasoslar haqqında ilkin məlumatı olmayan, lakin texniki məhsulları öyrənmək və satış sahəsində inkişaf etmək istəyən namizədlərə məhsullar öyrədiləcək.

Əməkhaqqı:

  • İlk 3 ay: 700 AZN sabit əməkhaqqı
  • 3 aydan sonra: 700 AZN + satışdan faiz
  • Aktiv satış nəticələrinə əsasən aylıq gəlir 1300–1400 AZN və daha yüksək ola bilər

İş qrafiki:

  • İş saatı: 08:00–17:00
  • Ayda 2 dəfə bazar ertəsi istirahət günü

Ünvan:

  • Abşeron Ticarət Mərkəzi, Sıra 1, Korpus 7, Mağaza 5–6
  • SHIMGE Azərbaycan nümayəndəliyi

Vakansiya yalnız real satış təcrübəsi olan, müştəri ilə aktiv işləyə bilən və uzunmüddətli iş axtaran şəxslər üçündür.

Müraciət üçün CV-nizi WhatsApp və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərin: +994 51 566 00 90 

  • Daily37
  • Weekly37
  • Monthly1768