İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: razılaşma yolu ilə
Vəzifə öhdəlikləri:
- Ölçü-nəzarət cihazlarının (sərf, səviyyə, təzyiq, pH, DO, temperatur, lil sıxlığı və s.) demontajı, montajı və istismara verilməsi;
- PLC, HMI və SCADA sistemlərinin qurulması və sazlanması ;
- LOGO və digər avtomatlaşdırma kontrollerləri ilə işləmək;
- Rabitə və kommunikasiya xətlərinin (Modbus, Profibus, Ethernet və s.) qurulması və qoşulması;
- PLC və SCADA proqramlarının yazılması və mövcud proqramlara dəyişikliklərin edilməsi;
- MCC, PLC və lokal panolar arasında kabelləşdirmə işlərinin təşkili və icrası;
- Sistemlərin sınağı (testing) və istismara verilməsi (commissioning);
- Nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- Texniki sənədlərin hazırlanması və yenilənməsi.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili (avtomatlaşdırma, elektronika və ya müvafiq sahə üzrə);
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
- PLC və SCADA proqramlaşdırma bacarığı;
- Elektrik və avtomatlaşdırma sxemlərini oxuma bacarığı;
- Kabelləşdirmə və panel inteqrasiyası üzrə təcrübə;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
Aşağıdakı sahələr üzrə bilik və təcrübə:
- Ölçü-nəzarət cihazları (flow, level, pressure, pH, DO və s.)
- PLC (Siemens, Schneider və s.)
- HMI və SCADA sistemləri
- LOGO kontrollerləri
- Rabitə protokolları (Modbus, Profibus və s.)
Üstünlüklər:
- Su və çirkab su təmizləyici qurğularda iş təcrübəsi;
- Beynəlxalq layihələrdə iştirak;
- Sertifikatlar (Siemens, Schneider və s.)
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və xahiş olunur