Document Controller

  • Deadline 20 October 2026

       Vəzifə təlimatı

 

·       Layihə çərçivəsində daxil və xaric olan bütün mühəndislik, tikinti və inzibati sənədlərin qeydiyyatını və nəzarətini həyata keçirmək;

·       Mühəndislik cizgilərinin, hidravlik və texnoloji sxemlərin reviziyalarını (Revision Control) izləmək, tikinti sahəsinin yalnız təsdiq olunmuş IFC (Issued for Construction) cizgiləri ilə təmin olunmasına nəzarət etmək;

·       Layihə iştirakçıları (Sifarişçi, Baş Podratçı və Subpodratçılar) arasında sənəd mübadiləsini idarə etmək;

·       Material sertifikatlarının, texniki pasportların və laboratoriya sınaq hesabatlarının vahid elektron reyestrini aparmaq;

·       Layihə tamamlandıqdan sonra dövlət qəbulu və təhvil-təslim üçün As-Built (İcraat) sənədlərinin toplanmasını və arxivləşdirilməsini təmin etmək;

·       Elektron sənəd dövriyyəsi sistemini mütəmadi olaraq yeniləmək və arxivin təhlükəsizliyini qorumaq.     

 

 

 Tələblər

·       Ali təhsil (İnşaat, mühəndislik, arxiv işi və ya biznesin idarə edilməsi sahələri üzrə üstünlükdür);

·       Tikinti, su kəmərləri/kanalizasiya mühəndisliyi və ya irimiqyaslı infrastruktur layihələrində Document Controller kimi ən azı 2 il iş təcrübəsi;

·       MS Office (xüsusilə Excel proqramında mürəkkəb cədvəllərlə işləmək bacarığı)

·       Azərbaycan dilində mükəmməl yazı qabiliyyəti, ingilis dili (orta-yüksək səviyyədə, layihə sənədlərini anlamaq üçün) və rus dili arzuolunandır;

·       Yüksək diqqətlilik, detallara önəm vermə

 

 

  İş qrafiki 5 günlük 09:00-18:00

  İş yeri C.Məmmədquluzadə 83

Namizədlər mövzu yerində "Document Controller" yazmaqla CV-lərini [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər

  • Daily6
  • Weekly250
  • Monthly2590