Document Controller

  • Deadline 20 Oktyabr 2026

Vəzifə təlimatı

  • Layihə çərçivəsində daxil və xaric olan bütün mühəndislik, tikinti və inzibati sənədlərin qeydiyyatını və nəzarətini həyata keçirmək;
  • Mühəndislik cizgilərinin, hidravlik və texnoloji sxemlərin reviziyalarını (Revision Control) izləmək, tikinti sahəsinin yalnız təsdiq olunmuş IFC (Issued for Construction) cizgiləri ilə təmin olunmasına nəzarət etmək;
  • Layihə iştirakçıları (Sifarişçi, Baş Podratçı və Subpodratçılar) arasında sənəd mübadiləsini idarə etmək;
  • Material sertifikatlarının, texniki pasportların və laboratoriya sınaq hesabatlarının vahid elektron reyestrini aparmaq;
  • Layihə tamamlandıqdan sonra dövlət qəbulu və təhvil-təslim üçün As-Built (İcraat) sənədlərinin toplanmasını və arxivləşdirilməsini təmin etmək;
  • Elektron sənəd dövriyyəsi sistemini mütəmadi olaraq yeniləmək və arxivin təhlükəsizliyini qorumaq.     

Tələblər

  • Ali təhsil (İnşaat, mühəndislik, arxiv işi və ya biznesin idarə edilməsi sahələri üzrə üstünlükdür);
  • Tikinti, su kəmərləri/kanalizasiya mühəndisliyi və ya irimiqyaslı infrastruktur layihələrində Document Controller kimi ən azı 2 il iş təcrübəsi;
  • MS Office (xüsusilə Excel proqramında mürəkkəb cədvəllərlə işləmək bacarığı)
  • Azərbaycan dilində mükəmməl yazı qabiliyyəti, ingilis dili (orta-yüksək səviyyədə, layihə sənədlərini anlamaq üçün) və rus dili arzuolunandır;
  • Yüksək diqqətlilik, detallara önəm vermə

İş şəraiti

  • İş qrafiki 5 günlük 09:00-18:00
  • İş yeri C.Məmmədquluzadə 83

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily78
  • Weekly320
  • Monthly2660