İnşaat mühəndisi

  • Deadline 8 October 2026

Vəzifə öhdəlikləri:

1.Tikinti-quraşdırma işlərinin sahədə təşkilinə və texniki nəzarətinə rəhbərlik etmək;

2.İşlərin layihə və işçi çertyojlarına, texniki tələblərə və iş qrafikinə uyğun yerinə yetirilməsinə nəzarət etmək;

3.Torpaq işləri, bünövrə, beton və dəmir-beton, hidroizolyasiya və yeraltı konstruksiyaların icrasına nəzarət etmək;

4.Texnoloji boru xətlərinin və mühəndis kommunikasiyalarının tikinti və montaj işlərini koordinasiya etmək;

5.Sifarişçi, texniki nəzarət, layihəçi, podratçı və digər iştirakçılarla texniki məsələlər üzrə koordinasiya aparmaq;

6.Görülmüş işlərin faktiki həcmlərinin yoxlanılmasında və icra sənədlərinin hazırlanmasında iştirak etmək;

7.Sınaq, sazlama və istismara vermə mərhələsində tikinti üzrə texniki məsələlərin həllində iştirak etmək.

Namizədə tələblər:

İnşaat mühəndisliyi üzrə ali təhsil

Sahə üzrə azı 5 il təcürbə

• Beton və dəmir-beton konstruksiyalar, bünövrələr, hidroizolyasiya və yeraltı tikinti işləri üzrə praktiki təcrübə;

• Layihə və işçi çertyojlarını sərbəst oxumaq və sahədə tətbiq edə bilmək;

• Podratçıların işinə texniki nəzarət etmək və nöqsanları vaxtında müəyyənləşdirmək bacarığı;

• Tikinti işlərinin faktiki həcmlərini və görülmüş işləri yoxlamaq bacarığı;

Dil bilikəri:Azərbaycan dili sərbəst

Xarici dil üstünlükdür.

Proqram bilikləri: AutoCAD, MS Office (xüsusilə Excell)

 

İş qrafiki 5 günlük 09:00-18:00

İş yeri Ələt qəsəbəsində yerləşir

Əmək haqqı müsahibə əsasında namizədin bilik , bacarıq və təcrübəsinə əsasən təyin olunacaq.

 

Namizədlər CVlərini mövzu yerində "İnşaat mühəndisi" qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

  • Daily114
  • Weekly477
  • Monthly955