Vəzifə təlimatı
- Keyfiyyətin təminatı prosedurlarını həyata keçirmək;
- Monitorinqlər nəticəsində aşkar edilmiş çatışmazlıqları sistemləşdirmək.
- Fəaliyyət sahəsinə dair müxtəlif sorğuların hazırlanmasında, onların həyata keçirilməsində və nəticələrin cəmləşdirilərək müəssisəsinin rəhbərliyinin nəzərinə çatdırılmasında iştirak etmək;
- İş axını və istehsal problemlərinin müəyyən edilməsi və həllində iştirak etmək;
- Keyfiyyət standartlarına uyğunluğu təmin etmək üçün müntəzəm aidiyyatı tədbirlər görmək;
- Fəaliyyət istiqamətinə uyğun xüsusi formalar və hesabatlar hazırlamaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqlara uyğun olaraq müxtəlif vəzifələri yerinə yetirmək.
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsil (mühəndislik ixtisasları üzrə);
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
· Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunandır;
- MS Office proqramları, AutoCAD və digər mühəndislik proqramlarında işləmə bacarığı;
- Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
- ISO standartları üzrə biliklər və sertifikatların olması (üstünlükdür);
- Komandada işləmə bacarığı, məsuliyyətlilik və nəticəyönümlü yanaşma.
İş qrafiki 5 günlük 09:00-18:00
İş yeri C.Məmmədquluzadə 83
Namizədlər mövzu yerində "QA/QC" yazmaqla CV-lərini [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər