Vəzifə öhdəlikləri:
- Müəssisədə istifadə olunan mexaniki avadanlıqların fasiləsiz və təhlükəsiz işini təmin edir.
- Mexaniki avadanlıqlarda yaranan nasazlıqları müəyyən edir, səbəblərini araşdırır və aradan qaldırılması üçün tədbirlər görür.
- Mexaniki avadanlıqların texniki vəziyyətinə, istismar qaydalarına və iş göstəricilərinə nəzarət edir.
- Mexaniki qurğuların quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi və istismara verilməsi işlərinə nəzarət edir.
- Mexaniki avadanlıqların təmiri və texniki xidməti üzrə texniki sənədləri, hesabatları və aktları hazırlayır.
- Avadanlıqların ehtiyat hissələrinə, texniki materiallara və alətlərə olan tələbatı müəyyən edir.
- Texniki çertyojları, mexaniki sxemləri və avadanlıqların istismar sənədlərini oxuyur və tətbiq edir.
- Mexaniki avadanlıqların aşınma, vibrasiya, səs-küy və digər texniki problemlərini müəyyən edir və müvafiq tədbirlər görür.
- Mexaniki sistemlərin təmiri və texniki xidməti zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasını təmin edir.
- Görülmüş təmir və texniki xidmət işlərinin keyfiyyətinə, müddətinə və texniki tələblərə uyğunluğuna nəzarət edir.
- Mexaniki avadanlıqların etibarlılığının artırılması, nasazlıqların azaldılması və istismar müddətinin uzadılması üçün texniki tədbirlər hazırlayır və həyata keçirir.
Tələblər:
- Təhsil: Ali ( Mexanika mühəndisliyi, Maşınqayırma mühəndisliyi, Sənaye mühəndisliyi (bakalavr/magistr))
- İş təcrübəsi: 5 il sahə üzrə iş təcrübəsi (Tikinti, sənaye və ya infrastruktur sektorunda təcrübə üstünlükdür)
- Müvafiq sahə üzrə texniki biliklər: Mexanika mühəndisliyi üzrə normativ və texniki sənədləri;
- Mexaniki avadanlıqların quruluşunu və iş prinsiplərini;
- Hidravlik və pnevmatik sistemləri;
- Texniki xidmət və təmir metodlarını;
- Avadanlıqların diaqnostikası və nasazlıqların təhlili üsullarını;
- Əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qaydalarını;
- AutoCAD, SolidWorks, Inventor, MS Office və digər müvafiq proqram təminatlarını.
- Kompüter bilikləri: Excell (yüksək səviyyədə), PrimaveraP6, MS Project, AutoCAD, MS Office
- Əlavə: Problemlərin həlli və çeviklik, Komandada işləmə bacarığı, Prioritetləşdirmə və kritik düşüncə
İş qrafiki: 5 günlük ( 09:00-18:00)
Əmək haqqı: Müsahibə əsasında / qarşılıqlı razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.