Aqualink MMC Aqualink MMC
  • 409

QC (keyfiyyətə nəzarət) Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

QC (keyfiyyətə nəzarət) Mühəndisi

  • Deadline 10 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

QC Mühəndisi tikinti layihələri üzrə keyfiyyət təminatı və keyfiyyətə nəzarət proseslərinin hazırlanması, tətbiqi və idarə olunmasına cavabdeh olacaq. Bu vəzifə tətbiq olunan standartlara və normativ tələblərə uyğunluğu təmin etmək məqsədilə keyfiyyət proseslərinin, yoxlamaların, auditlərin icrasını əhatə edir.

İşin təsviri

  • Təsdiq olunmuş çertyojlara, texniki spesifikasiyalara, müqavilə tələblərinə və müvafiq standartlara uyğunluğun təmin edilməsi.
  • Subpodratçıların fəaliyyətinə nəzarət və onların keyfiyyət göstəricilərinin qiymətləndirilməsi.
  • Beton işləri, memarlıq işləri və MEP (mexaniki, elektrik və santexnika) quraşdırmaları üzrə keyfiyyətə nəzarətin aparılması.
  • Shop drawing-lərin, material submittal-larının, Method Statementlərin, Yoxlama və Sınaq Planlarının (ITP) nəzərdən keçirilməsi və təsdiqi.
  • Tikinti komandaları ilə koordinasiya, keyfiyyət məsələlərinin həlli və düzgün icranın təmin edilməsi.
  • Sahədə işlərin keyfiyyətinə nəzarət, düzgün sınaq və istismara qəbul (commissioning) proseslərinin aparılması.
  • MIR-lər (material inspection request), WIR-lər (Work Inspection Request) , test hesabatları və təsdiqlər daxil olmaqla keyfiyyət qeydlərinin idarə olunması.
  • Uyğunsuzluqların (NCR) müəyyən edilməsi, qeydiyyatı və düzəldici/preventiv tədbirlərin icrasının təmin edilməsi.
  • As-built çertyojlarının və keyfiyyətə dair layihə sənədlərinin tamamlanmasına dəstək.
  • Material, marka və tədarükçülərin təsdiqi prosesində iştirak edərək yüksək keyfiyyət və performansın təmin edilməsi.

Namizədə tələblər

  • İnşaat mühəndisliyi, tikinti menecmenti və ya müvafiq texniki sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
  • Tikinti layihələrində (xüsusilə tullantı su şəbəkə və qurğuların tikintisi layihələrində üstünlükdür) QC sahəsində minimum 5–8 il iş təcrübəsi.
  • ISO 9001 keyfiyyət idarəetmə sistemi, yerli qaydalar və beynəlxalq standartlar üzrə güclü bilik.
  • Memarlıq, MEP və tam miqyaslı layihələr üzrə keyfiyyətə nəzarət sahəsində praktiki təcrübə.
  • Subpodratçı və təchizatçıların idarə edilməsi və keyfiyyət tələblərinə uyğunluğun təmin edilməsi bacarığı.
  • Güclü ünsiyyət bacarıqları və dizayn, tikinti və layihə komandaları ilə effektiv işləmə qabiliyyəti.
  • Böyükmiqyaslı və multidisiplinar layihələrdə iş təcrübəsi üstünlükdür.
  • MS Office, AutoCAD və keyfiyyət idarəetmə sənədləri üzrə proqramlarda işləmək bacarığı.

Müraciət üçün: CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və xahiş olunur .

  • Daily98
  • Weekly351
  • Monthly1038