Vəzifə öhdəlikləri:
- Tikinti-quraşdırma işlərinin sahədə təşkilinə və texniki nəzarətinə rəhbərlik etmək;
- İşlərin layihə və işçi çertyojlarına, texniki tələblərə və iş qrafikinə uyğun yerinə yetirilməsinə nəzarət etmək;
- Torpaq işləri, bünövrə, beton və dəmir-beton, hidroizolyasiya və yeraltı konstruksiyaların icrasına nəzarət etmək;
- Texnoloji boru xətlərinin və mühəndis kommunikasiyalarının tikinti və montaj işlərini koordinasiya etmək;
- Sifarişçi, texniki nəzarət, layihəçi, podratçı və digər iştirakçılarla texniki məsələlər üzrə koordinasiya aparmaq;
- Görülmüş işlərin faktiki həcmlərinin yoxlanılmasında və icra sənədlərinin hazırlanmasında iştirak etmək;
- Sınaq, sazlama və istismara vermə mərhələsində tikinti üzrə texniki məsələlərin həllində iştirak etmək.
Namizədə tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Sahə üzrə azı 5 il təcürbə
- Beton və dəmir-beton konstruksiyalar, bünövrələr, hidroizolyasiya və yeraltı tikinti işləri üzrə praktiki təcrübə;
- Layihə və işçi çertyojlarını sərbəst oxumaq və sahədə tətbiq edə bilmək;
- Podratçıların işinə texniki nəzarət etmək və nöqsanları vaxtında müəyyənləşdirmək bacarığı;
- Tikinti işlərinin faktiki həcmlərini və görülmüş işləri yoxlamaq bacarığı;
- Dil bilikəri:Azərbaycan dili sərbəst
- Xarici dil üstünlükdür.
- Proqram bilikləri: AutoCAD, MS Office (xüsusilə Excell)
İş şəraiti
- İş qrafiki 5 günlük 09:00-18:00
- İş yeri Ələt qəsəbəsində yerləşir
- Əmək haqqı müsahibə əsasında namizədin bilik , bacarıq və təcrübəsinə əsasən təyin olunacaq.
Namizədlər CVlərini mövzu yerində "İnşaat mühəndisi" qeyd edərək Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.