İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: razılaşma yolu ilə
İnşaat mühəndisi
- Tullantı su təmizləmə qurğusu layihəsində sahə və ofis işlərinin koordinasiyalı şəkildə aparılması
- Layihə çərçivəsində tikililərin metrajlarının hesablanması
- İş proqramının nəzarətdə saxlanılması və yenilənməsi (reviziyası)
- Forma-2 sənədinin hazırlanması
- Texniki komanda ilə əməkdaşlıq edərək prosesin izlənməsi
- Hesabatların, çertyojların və digər mühəndislik sənədlərinin hazırlanması
Təcrübə:
- Minimum 5 il iş təcrübəsi
- Oxşar layihələrdə və ya infrastruktur layihələrində işləmiş olmaq
Tələblər:
- Universitetlərin İnşaat mühəndisliyi ixtisası üzrə məzun olmaq
- Nizamlı və sistemli işləmə bacarığı
- İş proqramlaşdırılması, koordinasiya və vaxtın idarə olunması üzrə bacarıqlı olmaq
- Gərgin iş rejiminə uyğunlaşa bilmək, məsuliyyətli olmaq
- Komanda ilə işləmək bacarığı və yüksək ünsiyyət qabiliyyəti
- Dinamik, həll yönümlü və təşkilatçılıq qabiliyyəti inkişaf etmiş
Texniki biliklər:
- AutoCAD və MS Office proqramlarını yüksək səviyyədə bilmək
Üstünlük hesab olunur:
- İngilis dili bilikləri
Müraciət üçün: CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və xahiş olunur.